Axtarış

The search found 105712 results in 0.03 seconds.

Search results

  1. Fədayə Laçının azadlığa buraxılacağı dəqiq vaxti açıqlandı

    Həbsdə olan müğənni Fədayə Laçın bu il oktyabrın 30-da cəza müddəti başa çatdığı üçün azadlığa buraxılacaq. Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib. Onun sözlərinə görə, müğənni barədə sanksiya 2017-ci il oktyabrın 30-da verilib və cəza müddəti də həmin vaxtdan hesablanır: "Hətta hansısa vətəndaş, təqsirləndirilən şəxslərdən də kimsə şikayət etsə, bu, qərarın icrasına mane olan hal deyil. İş Ali Məhkəməyə getsə belə, Apellyasiya Məhkəməsinin qərarı icra olunacaq və Fədayə xanım məhkəməyə azadlıqdan gedəcək.

    Muxalifet - 15-10-2019

  2. Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO

    Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatlarından özəl görüntülər üzə çıxıb. Görüntülərədə terrorçuların mövqelərindən tutmuş, əsir alınma anına qədər şok kadrlar yer alıb. 
    Muxalifet.az "news12.az"a istinadla həmin kadrları oxuculara təqdim edir:

     

    Muxalifet - 15-10-2019

  3. HAMI ŞOKDA - Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş

    Türkiyənin Meşəçilik və Əkinçilik Nazirliyi (Tarım ve Orman Bakanlığı) ölkənin ən böyük şəhərlərinin restoranlarında reydlər keçirib.

    Bir çox restoran və kafelərdə həyata keçirilən araşdırmalar zamanı maraqlı faktlar üzə çıxıb. Nazirliyin yaydığı yekun reyddə qeyd edilir ki, bəzi obyektlər saxta məhsullardan istifadə edir, hətta müxtəlif restoranlar at və eşşək ətini müştərilərə mal əti adı ilə satır.

    Məlumatda qeyd edilir ki, İstanbulun məşhur "Sultanahmet köftecisi" restoranı müştərilərini aldadaraq onlara eşşək əti yedizdirir.

    Muxalifet - 15-10-2019

  4. BAKIDA EVİ UÇURULAN AZƏRBAYCANLI CƏRRAH ƏRDOĞANDAN DƏSTƏK İSTƏDİ – “Şikayətimin Azərbaycan Prezidentinə çatdırılmasına yardımçı olun…”

    Bakıdakı evi “Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edən tanınmış cərrahın məktubunu olduğu kimi dərc edirik:
    "Sayın Cumhurbaşkanı Rəcəb Tayib Ərdoğan!

    Muxalifet4 - 15-10-2019

  5. Hərbi helikopter qəzaya uğradı

    Əfqanıstanın şimalında hərbi helikopter qəzaya uğrayıb.

    "Yeni Sabah" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Bəlx əyalətində baş verib.

    Helikopterdə yeddi nəfər olub, onların taleyi barədə məlumat verilməyib.

    Hazırda hərbçilərin axtarışları aparılır.

    Muxalifet - 15-10-2019

  6. "Şou əhlinin içində elələri çoxdur, onlara xoruz deyirəm" - Aqşin Fatehdən QALMAQALLI açıqlama - VİDEO

    12 illik fasilədən sonra səhnəyə qayıdan meyxanaçı Aqşin Fateh növbəti qalmaqallı açıqlamasını verib.
    Muxalifet.az
    xəbər verir ki, sənətə qayıdar-qayıtmaq qalmaqallarla üz-üzə qalan meyxanaçı Xəzər TV-nin "5-də 5" proqramında onu tənqid edənlərə, barəsində mənfi açıqlamalar verənlərə cavab vermək istəmədiyini bildirib:

    Muxalifet - 15-10-2019

  7. “Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz” – İlham Əliyev

    Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur.

    Report xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir:

    Muxalifet - 15-10-2019

  8. “Maşın”ın çətin gecələri başladı- Öhdəsindən kim gələcək? - CANLI YAYIM

    MGP-nin dəstəyi ilə ərsəyə gələn, artıq 14 ildir televiziya məkanının ən baxılan və bahalı statusunu qoruyub saxlayan, “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb.
    Muxalifet.az
    xəbər verir ki, əzmkarlıq, iradə və dözümlük nümayiş etdirərək, finala gəlib çıxan 3 məşhur - aparıcı Lalə Mustafayeva, aparıcı Suna Kasımoğlu və müğənni Ramal İsrafilov dəyəri 50 min manatlıq "Opel İNSİGNİA" avtomobili uğrunda mübarizələrini davam etdirirlər.

    Muxalifet - 15-10-2019

  9. ​ABŞ Türkiyənin İncirlik hərbi bazasından nüvə silahını çıxarmaq istəyir – İKİ ÖLKƏ ARASINDAKI İTTİFAQ BİTƏCƏK, YOXSA...

    Amerika höküməti Türkiyənin İncirlik hərbi bazasındakı 50 ədəd B61 atom aviabombasını çıxarmağı nəzərdən keçirir.

    Muxalifet4 - 15-10-2019

  10. Erməni general: Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır

    Separatçı "DQR"in "Milli Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyan yenidən səs-küyə səbəb olan açıqlama verib.

    Virtualaz.org-un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, işğal altındakı Xankəndində keçirilən mətbuat konfransında Vitali Balasanyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın vaxtilə türütdüyü siyasəti yürüdür. Balasanyanın fikrincə, Paşinyan siyasətinin mahiyyəti Qarabağa Azərbaycanın daxilində muxtariyyət verilməsidir.

    Muxalifet - 15-10-2019

  11. Nə yaraşıq, nə pul,... Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş...

    İsveçrədə maraqlı araşdırma aparılıb.
    Bioloq Claus Wedekind qadınlar kişiləri onların hansı xüsusiyyətinə görə seçdiyini araşdırıb. Araşdırmanın nəticəsi isə gözlənilməz olub.
    Bioloq araşdırmada iştirak edən kişilərə 2 gün ərzində eyni köynəyi geyinməyi tapşırıb. Onlara bu müddət ərzində ətir və ya hər hansı dezodorantdan istifadə etmək qadağan olunub.
    2 gün sonra həmin köynəkləri qoxlamaq üçün qadınlara verib və hansı qoxunun daha xoş gəldiyini soruşublar.

    Muxalifet - 15-10-2019

  12. "Milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur" – Ərdoğan

    Türk Şurası kimi təsisatların dünya siyasətində rolunun daha da artdığını görürük. Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk.

    Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib. O, türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləydiyini bildirib: 

    Muxalifet - 16-10-2019

  13. Azərbaycanda yenilik – Maşın üçün etibarnamə telefonla veriləcək

    Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək. Muxalifet.az xəbər verir ki, bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib. İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər. Mobil tətbiqi «App store»dən və ya «Play market» pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.

    Muxalifet - 16-10-2019

  14. “Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”

    “Ermənistan baş naziri çox böyük səhv edir...”

    Muxalifet - 16-10-2019

  15. Ərdoğandan Dağlıq Qarabağ MESAJI: Ən qısa müddətdə...

    Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

    Muxalifet - 16-10-2019

  16. “NİKOİL BANK”IN VƏZİYYƏTİ YENƏ “RUSCADIR” – Artıq 4 ildir ki, zərərlə işləyir

    “Nikoil Bank”-ın cari ilin 9 ayının nəticələrini əks etdirən hesabatı göstərir ki, bank heç cür zərərdən çıxa bilmir. “AzPoıitika.info” bankın maliyyə hesabatına istinadla xəbər verir ki, “Nikoil Bank” 3-cü rübü də ziyanla başa vurub. Bunun başlıca səbəbi isə bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına böyük məbləğdə -13 mln. 888 min manat ayırmağa məcbur olmasıdır. Bununla yanaşı, bankın məcmu kapitalında 6.2 faizlik, yəni 4.3 milyon manatlıq azalma müşahidə olunub.

    Muxalifet - 16-10-2019

  17. Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”

    Türkiyənin budəfəki anti-terror əməliyyatında erməni terrorizminin də taleyi həll olunur; Qarabağ məsələsində tərəzinin “gözü” Azərbaycana tərəf əyilə bilər - yeni gəlişmələr...

    Bakı daha bir böyük və önəmli tədbirə ev sahibliyi elədi. Dünən paytaxtda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci zirvə görüşü keçirildi. Budəfəki toplantı qardaş ölkənin Suriyada antiterror əməliyyatı apardığı kritik günlərə təsadüf eləməsi ilə xüsusi diqqətdə idi.

    Muxalifet - 16-10-2019

  18. "Sülh çeşməsi"ndə 8-ci gün: Türkiyə ordusundan AĞIR ZƏRBƏ, burada şiddətli döyüşlər gedir

    Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi “Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 8-ci günündə planlaşdırıldığı kimi davam edir.
    Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 9-da başlanan əməliyyat çərçivəsində indiyə kimi 611 terrorçu zərərsizləşdirilib.
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan min kvadrat kilometrlik ərazinin terrordan təmizləndiyini açıqlayıb.

    Muxalifet - 16-10-2019

  19. Netanyahu bu qıza görə Putinə zəng etdi

    İsrailin Baş naziri Binyamin Netanyahu Rusiyada 7 il 6 ay azadlıqdan məhrum edilmiş israilli Naam İssahara görə Vladimir Putinə zəng edib.
    Netanyahu Putindən narkotikə görə həbs edilmiş 25 yaşlı vətəndaşının azadlığa buraxılmasını xahiş edib.
    Netanyahudan əvvəl İsrail prezidenti Reuven Rivlin də Naamın bağışlanması üçün Putinə müraciət etmişdi.//Teleqraf

    Muxalifet - 16-10-2019

  20. Nüvə müharibəsi barədə DƏHŞƏTLİ XƏBƏRDARLIQ: "Qiyamət günü"...

    Nüvə müharibəsi riskləri artır, dünyadakı vəziyyət təhlükəli hala gəlir və bunun üçün ölkələr arasında etimadın çatışmazlığı, dialoqun olmaması, elmin və yeni texnologiyaların sürətli inkişafı da daxil olmaqla, bir çox səbəb var.
    Bunu Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində BMT baş katibinin tərksilah işləri üzrə müavini İzumi Nakamitsu bildirib.

    Muxalifet - 16-10-2019

Pages