Axtarış

The search found 105712 results in 0.028 seconds.

Search results

  1. “Avropa Birliyi və bütün dünya Türkiyənin çalışmalarını dəstəkləməlidir" - ​Ərdoğan dünya birliyinə çağırış etdi

    Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Barış Pınarı” Hərəkatı ilə bağlı dünya birliyinə çağırış edib.
     
    Muxalifet.az xəbər verir ki, beynəlxalq birliyə səslənən Ərdoğan, Suriyaya sahibolma uğrunda aparılan döyüşlərin bitirilməsi, bölgədə barış və asayişin yenidən bərpa olunması üçün Türkiyəyə dəstək vermə fürsətlərinin olduğunu bildirib.

    “Avropa Birliyi və bütün dünya Türkiyənin çalışmalarını dəstəkləməlidir", - deyə, dövlət başçısı vurğulayıb.

    Muxalifet.az
     

    Muxalifet4 - 15-10-2019

  2. Edama məhkum edilmiş canilərin vertolyotla qaçış cəhdi – “Alfa” onları bir göz qırpımında zərərsizləşdirib

    1980-ci illərin sonlarında SSRİ-də siyasi və ictimai sabitliyin pozulması ölkənin ayrı-ayrı bölgələrində yeni cinayətkar dəstələrin yaranması ilə müşayiət olunub. Dəstə üzvlərinin qanunsuz silah gəzdirməsi adi hala çevrilib ki, bu da əvvəlki illərlə müqayisədə cinayətlərin sayını artırıb. Bir çox hallarda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət hadisələrinin qarşısını almaqda və onların açılmasında çətinlik çəkiblər. Təkcə 1990-cı ildə kiçik bir muxtar respublikada, Abxaziyada 4 ay ərzində qanunsuz gəzdirilən 3 mindən artıq silah aşkar olunub.

    Muxalifet - 15-10-2019

  3. Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO

    Space Tv-də Amil Xəlilin "Olar? Olmaz!" verilişində növbəti araşdırma tamaşaçılara təqdim edilib.

    Muxalifet - 15-10-2019

  4. Bakıda 10 məktəb direktoru işdən çıxarıldı

    Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib.

    “Report”un xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

    Muxalifet - 15-10-2019

  5. Türkiyədə müalicə alan Xalq artistimiz Bakıya qayıtdı

    Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb. Bunu Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib. O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır: "Şükür Allaha ki, atamın səhhəti normaldır, evdədir. Rahat yeriyir və qida qəbul eləyir. Həkimlər biraz istirahət etməyi məsləhət görüblər. 10 gündən sonra yenidən müalicələrinin davam etdirilməsi üçün Türkiyəyə qayıdacaq". Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb.

    Muxalifet - 15-10-2019

  6. Əliyevlə Paşinyan naharda 2 saat nə danışıblar... - “BÜTÜN TƏFƏRRÜATLARI BİLMƏK İSTƏYİRSİNİZ?”

    Ermənistanın baş nazirinin mətbuat katibi Vladimir Karapetyan Aşqabadda keçirilən MDB sammiti zamanı Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında nahar zamanı baş tutmuş müzakirələrin təfərrüatları barədə danışmaqdan imtina edib.

    Virtualaz.org xəbər verir ki, “Qraparak” (“Meydan”) qəzetinin müxbiri bu görüş barədə bir daha Karapetyandan soruşub.

    Muxalifet - 15-10-2019

  7. “Elə bil, kimsə deyir ki, Qarabağ nəyinizə lazımdır…” – Fərhad Bədəlbəyli

    “O qədər festivallar keçiririk, vəsait ayrılır, Qarabağ məsələsinin təbliğatı üçün niyə maliyyə vəsaiti ayrılmır? Deputatlardan xahiş edirəm ki, Maliyyə Nazirliyinə təkliflər versinlər. Vəsait olmazsa, kimsə nəsə edə bilməz”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli deyib.

    Muxalifet - 15-10-2019

  8. BAKIDA OTELDƏ DƏHŞƏT: 200 manat verdiyi qadın intim əlaqədən imtina etdi, sonra... VİDEO

    Polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib
    ARB TV-də yayımlanan "Kriminal" verilişində 21 yaşlı Aysel Orucovanın qətli ilə bağlı təfərrüatlar ortaya çıxıb.

    Muxalifet - 15-10-2019

  9. “Tənzimləmə əzəvinə kommersiya ilə məşğul olurlar” - İnternetimizi bərbad günə qoyan səbəblər

    Böyük Britaniyanın "Cable" şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb. Azərbaycan yenə qlobal internet sürəti ilə ayaqlaşa bilməyib. Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir, orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur. Hesabata görə, Azərbaycan siyahıda 6 pillə geriləyib.

    Bəs Azərbaycanın bu qədər geriləməsinin səbəbi nədir? Bizim üçüçn sürətli internet nəyə görə əlçatan deyil?

    Muxalifet - 15-10-2019

  10. ​SAXTA DİPLOM SATAN KAFEDRA MÜDİRİ HƏBS OLUNDU – Ələddin Məmmədov qanunsuz tələbə qəbulunda da ittiham olunur

    Gəncə Dövlət Universitetinin “Fiziki tərbiyə, Çağırışaqədərki hazırlıq və Mülki müdafiə” Kafedrasının müdiri Məmmədov Ələddin Hətəm Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya Mübarizə İdarəsinin və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunub. “Hürriyyət” xəbər verir ki, Ələddin Məmmədov 14 oktyabr 2019-cu il tarixdə Gəncə Şəhər Prokurorluğuna çağrılaraq, orada saxlanılıb. Məlumata əsasıən, onunla birlikdə Gəncə Şəhər sakini İmamquliyev Azər Arif oğlu da həbs olunub.

    Muxalifet4 - 15-10-2019

  11. Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək"

    İnsanlar Günəş sistemindən kənara çıxa bilməyəcək.
    Bunu Fizika üzrə Nobel mükafatı alan professor Mişel Mayor deyib.

    Muxalifet - 15-10-2019

  12. ​"Başqaları hərəkətə keçənə kimi Türkiyə addım atır" – ƏRDOĞAN ABŞ QƏZETİNƏ MƏQALƏ YAZDI

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “The Wall Street Journal” qəzetinə "Başqaları hərəkətə keçənə kimi Türkiyə addım atır" sərlövhəli məqalə yazıb.

    Muxalifet.az xəbər verir ki, Ərdoğan Suriyada vətəndaş müharibəsi başlayandan bəri heç bir ölkənin yaşanan humanitar fəlakətin acılarını Türkiyə kimi hiss etmədiyini bildirib.

    Muxalifet4 - 15-10-2019

  13. ​Fransa-Türkiyə matçında pravakasiya - "KÜRT QATLİAMINI DAYANDIRIN" - VİDEO

    Xəbər verdiyimiz kimi, AVRO-2020-nin seçmə mərhələsinin VIII turun ikinci oyun günündə H qrupunda Türkiyə millisi liderliyi bölüşdüyü Fransanın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.
    Türkiyə komandası 1-ci pilləni qoruyub və final mərhələsi şanslarını artırıb. Maçın son anlarında isə Fransa tribunalarında matçın 86-cı dəqiqəsində provakasiya xarakterli pankart açılıb. 
    Pankartda "Kürt qətliamını dayandırın" yazılıb. Həmin pankart digər azarkeşlər tərəfindən tez zamanda endirilib. 

    Muxalifet - 15-10-2019

  14. “Sülh çeşməsi” Qarabağda anti-terror əməliyyatının aparılması üçün stimul ola bilər”

    Pənah Hüseyn: “İşğaldakı torpaqlarımızda yaradılan terror rejimi bütün region üçün təhlükədir”

    Muxalifet - 15-10-2019

  15. ​Səudiyyə orkestrinin rus himnini ifası Putini təəccübləndirdi - VİDEO

    12 il aradan sonra Səudiyyə Ərəbistanını ziyarət edən Rusiya prezidenti Vladimir Putin səfərlə bağlı açıqlama verib. Muxalifet.az xəbər verir ki, Putin qarşılanma mərasimində Rusiya Federasiyası dövlət himnini ifa edən Səudiyyə Ərəbistanı ordusu orkestrinin ifasından təəccübləndiyini gizlədə bilməyib. Həmin anın videosunu təqdim edirik:

    Muxalifet4 - 15-10-2019

  16. “Zahid Oruc “5-ci kolon”un təkidi ilə belə açıqlama verib” – Sərdar Cəlaloğlu: “Rusiya tarixən bizimlə düşməndir, ona "dost" deyə bilmərik"

    "Ruspərəst qüvvələr burda açıq  şəkildə üstünlük əldə etməyə başlayıblar”

    Muxalifet4 - 15-10-2019

  17. Amerikalılar tələsik Menbiçdən çıxdı, şəhəri ruslara ötürdü - SURİYA QAMBİTİ

    Vaşinqton Hələb əyalətinin şimalındakı Menbiç şəhərinin Rusiya ordusunun nəzarətinə verilməsi barədə Moskva ilə anlaşıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Newsweek” jurnalı Pentaqondakı mənbəyə istinadən yazıb. Menbiçdə ABŞ-ın təxminən min nəfərlik hərbi kontingenti yerləşirdi və şəhər kürdlərin nəzarətində idi. Lakin Suriyanın şimalında təhlükəsiz zona yaratmaq üçün hərbi əməliyyatlara başlayan Türkiyə ordusu bu mühüm məntəqəni tutmağa çalışır.

    Muxalifet4 - 15-10-2019

  18. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başladı - YENİLƏNİB

    Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başlayıb. Qeyd edək ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb. * * *10:48 Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçiriləcək.

    Muxalifet4 - 15-10-2019

  19. “Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu

    Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən “Nar”, “ADA” Universiteti ilə əməkdaşlığını davam etdirir. Bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib. Oktyabrın 10-da “ADA”-da keçirilən  “Akademik Mükəmməllik Günü”ndə Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan  “Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb.

    Muxalifet4 - 15-10-2019

  20. Baş Prokurorluq Sumqayıtdakı hadisə ilə bağlı məlumat yaydı

    Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Muxalifet - 15-10-2019

Pages