Axtarış
The search found 105712 results in 0.05 seconds.
Search results
SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər
Binəqədi Rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə keçmiş deputat Cahangir Hüseynovun 31 saylı Dövlət Notariat Kontoruna, Kazımov İlham Davud oğluna, Baxışov Azad Sirac oğluna, İsayeva Qətibə İsmayıl qızına qarşı iddiası üzrə məhkəmə prosesi keçirilir. Bu iddia üzrə məhkəmə prosesi iyulun 24-də start götürüb. Keçmiş deputat iddia ərizəsində göstərib ki, ağır xəstə olmasından istifadə edərək ona imzalatdırılan “Barışıq sazişi” ləğv olunmalıdır.
Muxalifet - 14-10-2019
Göyçay sakini ona 14 min manat zərər vuran sahibkardan şikayətçidir – “Deyir ki, get hara istəyirsən şikayət elə...”
Göyçay rayonu, Qaraməryam kənd sakini Zülfüqarov Qüdrət Əlisan oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Q.Zülfüqarov Ucar rayonunda yerləşən “Azpolt” MMC-nin sahibindən şikayətçidir:
“Bu şikayətimdə yazıb bildirirəm ki, Ucar rayonunda yerləşən “Azpolt” MMC-nin sahibi Vüqar Hüseyn oğlu İbrahimovun qanunsuz əməlləri nəticəsində mənə ziyan dəymişdir. Həmçinin Vüqar İbrahimovun qanunsuz əməlləri nəticəsində hər gün dövlətə küllü miqdarda ziyanlar dəyir. Bütün bu hadisələr hər gün insanların gözü qarşısında baş verir.Muxalifet4 - 14-10-2019
Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə başlanır.
Fonddan verilən məlumata görə, “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq.
Muxalifet - 14-10-2019
“Bir dəmir parçasına görə bir-birlərinə...” – Xalq artisti “Maşın”la bağlı qalmaqaldan danışdı
“Maşın” şoudan atasının iradı ilə əlini çəkərək gedən Xalq artisti Bilal Əliyev yarışmadakı hazırkı durumu dəyərləndirib.
“Yeni Sabah”a danışan tanınmış müğənni bu sözləri deyib:
“Mən bircə onu bilirəm ki, bu bir oyundur. Orada gərək heç kim bir-birindən inciməsin. Yəni, oyunçular çalışırlar, kim daha güclü rəqibdirsə, onları tez vursunlar, aradan çıxarsınlar ki, zəiflər qalsın sona və maşını da istəyən adam apara bilsin. Mən belə düşünürəm, indi başqa şeylər varsa, mən bilmirəm”.
Muxalifet - 14-10-2019
Baş ağrılarının BİLMƏDİYİNİZ SƏBƏBİ
Baş ağrılarının əsas səbəbi dişlərin quruluşu ola bilər.
Türkiyəli diş həkimi Pertev Kökdemir üst və alt dişlərin səhv bağlanmasının ciddi baş ağrılarına səbəb ola biləcəyini qeyd edib:Muxalifet - 14-10-2019
Məşhur müğənni sərxoş halda YAXALANDI
Türkiyənin məşhur müğənnisi Seda Sayanın sürücülük vəsiqəsi əlindən alınıb.
Unikal.orgTürkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb sənətçinin sərxoş halda sükan arxasına oturması olub. Müğənninin vəsiqəsi altı ay müddətinə əlindən alınıb.
“İldə 2-3 dəfə maşın sürürəm. Onda da sərxoş halda saxlanılıram” deyə, müğənni açıqlama verib.
Muxalifet - 14-10-2019
SON DƏQİQƏ: Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb. Virtualaz.org bildirir ki, bu barədə EADaily xəbər yayıb. Bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib. Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar. Hərbi bölmənin adını daşıdığı Nubar Ozanyan fəal kommunist olub və bir sıra silahlı qarşıdurmalarda iştirak edib.
Muxalifet - 14-10-2019
Ərdoğan Bakıda Rəsulzadədən sitat gətirdi - Video
ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə Prezidenti Bakıda keçirilən Dünya Türk İş Şurasının iclasında çıxışı zamanı bildirib ki, türk dünyası terror təhdidlərinə daha çox məruz qalıb: “Vətəndaşlarımız İŞİD-dən FETÖ-yə, PKK-dan “əl-Qaidə”yə qədər dünyanın ən alçaq terror təşkilatlarının qurbanı olub”.
Muxalifet - 14-10-2019
“Suriyada məhv edilən terrorçuların sayı 560-a çatıb” – Türkiyə MN
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və YPG terrorçularının sayı 560-a çatıb. “Report”un “Anadolu” agentliyinə istinadla məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb.
Muxalifet - 14-10-2019
"Azərbaycan “Sülh çeşməsi”nin təcrübəsini öyrənir" - Polkovnik Ramaldanov
“Azərbaycan “Sülh çeşməsi”ni dəstəkləyir, izləyir və bu təcrübəni öyrənir”.
Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib. Ekspertin sözlərinə görə, bu əməliyyat bəzi nüasnları ilə xüsusilə diqqət çəkir:
“Biz onu hansı formada izlədiyimizi açıqlamırıq. Lakin bu əməliyyatlar izlənilir. Azərbaycan üçün Türkiyənin apardığı uğulu hərbi əməliyyatlar olduqca maarqlıdır. Əldə edilən bütün məlumatlar təhlil olunur. Bundan sonra gərəkli məlumatlar üzərində təhlillər aparılır.
Muxalifet - 14-10-2019
Özbəkistan Prezidenti: "Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"
"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür".
"Report" xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
Muxalifet - 14-10-2019
Ərdoğan Bakıda elan etdi: BİZ ALTI DÖVLƏT, TƏK MİLLƏTİK - Video
Dəyərli dostum İlham Əliyevin dediyi kimi “bir millətin iki diasporu olmaz”. Biz qazax, özbək, türkmən, azərbaycanlı, qırğız, tatar, axıska, çeçen – bütün qardaşlarımıza türk diasporunun üzvü kimi baxırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Bakıda Türk Şurasının 7-ci zirvə toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Xaricə gedən insanlarımız arasında artıq sadəcə işçilər deyil, həkimlər, siyasətçilər, akademiklər, nazirlər, hətta bələdiyyə sədrləri də var”, - Ərdoğan bildirib.Muxalifet - 14-10-2019
Mətanət Abbası pərt etdi: - “Süddən yanıqsan” - VİDEO
ATV-də yayımlanan “Üçümüz” əyləncəli-yumoristik proqramında qonaq olan Əməkdar artist Abbas Bağırov verlişdə pərt vəziyyətə düşüb. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, proqramın formatına uyğun olaraq, qonaqlar həmkarlarına efirdə zəng vurub, onlarla aparıcıların öncədən hazırladığı sözlərlə məsxərəyə tutub, zarafat edirlər. Bu dəfə isə verlişdə tam əks vəziyyət baş verib. Belə ki, Abbas sənət yoldaşı Mətənat Əsədovaya zəng vurub. Xanım müğənnini toya oxumağa çağıran Bağırov onunla aparıcıların təqdim etdiyi sözlərlə zarafat edib. Mətanət isə “Bu nə danışıqdır?
Muxalifet - 14-10-2019
Şeyx Mirziyoyevlə görüşdü - VİDEO
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Real TV-nin məlumatına görə, görüşdə iki ölkənin qarşılıqlı maraqlarına xidmət edən üzünmüddətli tərəfdaşlığın getdikcə inkişaf edəcəyi, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənəcəyi bildirilib.
Ortaq mədəniyyət, milli adət-ənənələr və mənəvi dəyərlərə, habelə qarşılıqlı hörmət və ehtirama söykənən Özbəkistan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı yüksək qiymətləndirilib.Muxalifet - 14-10-2019
“Maşın” finalın bir addımlığında: hədəfdəki kimdir?
Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb.
Bu dəfə iştirakçılar aktrisa Kəmalə Piriyevanı SMS səsverməsinə çıxarıblar.
K. Piriyeva hədəfini açıqlamayıb.
Qeyd edək ki, bu gün üç finalçının adı bəlli olacaq.
Belə ki, Kəmalə Piriyeva, Ramal İsrafilov, Suna Kazımoğlu və dünənin qəhrəmanı Lalə Mustafayevadan biri bu gün mübarizəni dayandıracaq.
Muxalifet - 14-10-2019
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası: “Cavidi öz dostu öldürüb” - FOTO
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbə Cavid Hacıyevin qatili hələ də tutulmayıb. Milli.Az bildirir ki, Cavid Hacıyevin anası, Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyeva Modern.az-a açıqlamasında qatil olduğu iddia edilən Əli Abdullayev adlı azərbaycanlı gənc barədə bəzi məlumatlar verib. Minə xanımın sözlərinə görə, Cavidlə Əli tələbə vaxtlarından dost olublar: "Cavidlə Əli İqtisad Universitetinə daxil olanda tanış olublar. Eyni qrupda oxuyublar. Ancaq Əli müntəzəm olaraq dərsə gəlmədiyinə görə onu univetsitetdən xaric ediblər.
Muxalifet - 14-10-2019
Azərbaycandan olan millət vəkilindən İranı SİLKƏLƏYƏN ÇIXIŞ: Biz dünənə kimi...
İran parlamentinin Şərqi Azərbaycandan olan millət vəkili Məhəmməd Həsən Nejad bəzi həmkarlarının PYD/PKK terror təşkilatının lehinə söylədiyi fikirlərə sərt reaksiya göstərib. O, millət vəkillərinin Türkiyənin Suriyanın şimalında başladığı “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatından sonrakı mövqe dəyişikliyini tənqid edib. “Biz dünənə kimi onlar barəsində “ABŞ-ın dəstəklədiyi terrorçulardır və əsgərlərimizi şəhid edirlər” deyirdik. İndi bu terrorçulara niyə üzülürük?”, - o deyib.
Muxalifet - 14-10-2019
Azərbaycan 4 günlük iş həftəsinə keçir? - Nazirdən VACİB AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da 4 günlük iş həftəsinin tətbiqinin mümkünlüyü məsələsinə münasibət bildirib. Muxalifet.az Trend-ə istinadən bildirir ki, nazir qeyd edib ki, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil. S.Babayev əlavə edib ki, qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər: "Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür.
Muxalifet - 14-10-2019
MAKRONDAN ƏRDOĞANA TƏCİLİ ZƏNG – Almaniyadan sonra Fransa da əməliyyatların dayandırılmasını istəyir?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa prezidentinin Ərdoğana təcili zənginin səbəbləri ilə bağlı hələ hər hansı açıqlama verilməsə də, bunun Türkiyənin Suriyada apardığı “Sülh bulağı” əməliyyatı ilə bağlı olduğu istisna edilmir.
Güman olunur ki, Almaniyadan sonra Fransa da əməliyyatların dayandırılmasını istəyir.
Muxalifet.az
Muxalifet4 - 14-10-2019
Yaralı terrorçular “dinc sakin” geyimində xəstəxanalara daxil olmağa çalışdılar... – ƏHALİ ONLARIN BU OYUNUNU POZDU!
Türkiyə Müdafiə Nazirliyi və Azad Suriya Ordusu Suriyada keçirdiyi hərbi əməliyyatla Rasulayn və Tel-Abyadda asayişi bərpa edib.
Muxalifet.az xəbər verir ki, Türk ordusunun apardığı uğurlu əməliyyatla terror hədəfləri və terrorçular məhv edilib, dinc sakinlərə isə heç bir zərər dəyməyib.
Bununla belə, terror təşkilatı dinc sakinlərin öldüyü və yaralandığı haqda yalan informasiyalar yayıb.Muxalifet4 - 15-10-2019