Axtarış
The search found 105706 results in 0.025 seconds.
Search results
Bakıda minik avtomobili qəzaya düşdü
Bakıda minik avtomobili qəzaya uğrayıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.
Mərkəz istiqamətində hərəkətdə olan "Chevrolet Niva" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil dəmir maneələrə çırpılıb. Qəza ilə əlaqədar yolda tıxac yaranıb.
Əraziyə yol polisi əməkdaşları cəlb edilib.Muxalifet - 14-10-2019
Sirli və vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
Xan qızının saxlandığı, meyit tapılan, sirli Stepan Razinin bu mağarada xəzinə basdırdığı, xan qızını dənizə atdığı rəvayət olunur Hər dəfə onun yanından keçəndə bu səssiz-səmirsiz, lal sükutu ilə dimdik dayanmış, adamı mübhəmliyi, mistikası ilə özünə çəkən bu dağın sirrini öyrənmək həvəsi məni boğurdu. Turgenev yazırdı ki, mən bir xarakterlə maraqlananda o ağlıma hakim kəsilir, gecə-gündüz məni təqib edir, ondan üzülüşənə qədər rahatlıq vermir, nəhayət, təslim olmağım gəlir - oturub onun bioqrafiyasını yazıram.
Muxalifet - 14-10-2019
SON DƏQİQƏ: İran-Azərbaycan sərhədində QANLI HADİSƏ - Sərhədçi bıçaqlandı
Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Muxalifet - 14-10-2019
Suriya hökuməti şimal sərhədlərə qoşun yerləşdirir – Türkiyəyə qarşılıq verməsi üçün…
“Barış bulağı” hərbi əməliyyatlarına başlayan Türkiyə ordusuna qarşılıq verməsi üçün ölkənin şimal sərhədlərinə doğru ordu göndərmək qərarına gəlib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.
Bildirilir ki, ordu qüvvələri Hələbin şimalındakı Menbiçdə yerləşdiriləcək. Hərbçilərin Kobaniyə daxil olması üçün “Suriya kürdləri ilə Dəməşq arasında razılıq da əldə olunub”.
Muxalifet - 14-10-2019
Miri Yusif xanımını klipinə çəkdi - Video
Əməkdar artist Miri Yusif yeni klipini təqdim edib. Muxalifet.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, “Sənə qurban” adlı mahnıya çəkilən ekran işi Gürcüstanda lentə alınıb. Layihəni gürcü rejissor Giorgi Mikeladze ərsəyə gətirib. Klipdə baş rolu müğənninin xanımı Nərgiz Mirbabayeva öhdəsinə götürüb. Qeyd edək ki, sözügedən mahnının sözləri KQB-yə, musiqisi Fərid Ağaya məxsusdur. Xatırladaq ki, 11 ildir evli olan cütlüyün bir qızı ( Adel ) və iki oğlu ( Mir Hüseyn, Mir Cahid) var.
Muxalifet - 14-10-2019
ABŞ-dan ŞOK AÇIQLAMA: "Türklərə müharibə elan etsək..."
“Türkiyəyə qarşı Yaxın Şərqdə müharibə elan edə bilmərik”.
Bunu ABŞ Milli Müdafiə Nazirliyinin rəhbəri Mark Esper deyib.
Muxalifet - 14-10-2019
İlham İsmayıl: “Terror təhlükəsinin səviyyəsi Azərbaycanda xeyli aşağı düşüb”
DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir? Dövlət Təhlükəsizlik Xidməti (DTX) daha bir böyük əməliyyat keçirərək, terror şəbəkəsini zərərsizləşdirib.
Muxalifet - 14-10-2019
Azərbaycan internetin sürətinə görə hər il geriləyir – Ermənistan 31 pillə öndədir
Azərbaycan, hər il sürəti artan qlobal internet sürəti ilə ayaqlaşa bilmir.
Böyük Britaniyanın “Cable” şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb. “Marja” şirkətin hesabatına istinadən xəbər verir ki, Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir.
Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur.
Muxalifet - 14-10-2019
Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ
Suriya hakimiyyəti və kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri” (SDF) arasında razılaşma əldə olunub.
Razılaşmaya əsasən, Əsəd qüvvələri kürdlərin nəzarət etdiyi ərazilərə daxil olaraq, onları Türkiyə ordusundan qoruyacaq.
Yaxın saatlar ərzində Suriya ordusu Ət-Tabka şəhərini, Tabka su anbarını və ətraf əraziləri nəzarətə götürəcək. Bundan başqa, Kobani şəhəri də rəsmi Dəməşq tərəfindən ələ alınacaq.Muxalifet - 14-10-2019
DƏHŞƏTLİ CİNAYƏT: Azərbaycanlı müştəri mahnını bəyənmədiyi üçün DJ-i öldürdü - ANBAAN VİDEO
Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda azərbaycanlı müştəri cinayət törədib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, kafelərin birində əyləşən müştəri mahnını bəyənməyib və DJ-dən onu dəyişdirməsini tələb edib.
Lakin DJ mahnını dəyişməkdən imtina edib. Aldığı cavabdan hiddətlənən azərbaycanlı bıçaqla onun üzərinə hücum çəkib və ürəyindən bıçaqlayıb.
DJ xəstəxanaya çatıdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Muxalifet - 14-10-2019
QARA EYNƏKLİ ADAM: Tehrana gizli səfərlə şahzadənin qardaşı hansı mesajları çatdırıb?
Devid Hirst
“Middle East Eye”, 13.10.2019
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri və tacdar şahzadənin kiçik qardaşı Təhnun bin Zaid Körfəz böhranının qarşısını almaq məqsədi ilə gizli bir missiya ilə son 48 saatda Tehranda olub. Bunu bir BƏƏ mənbəyi bildirib.
Təhnunun gizli missiyası böhran başlayandan bəri tərəflər arasında ən yüksək səviyyəli görüşdür.
Bu, Fucayrə limanında 4 tankerə hücumdan sonra meydana çıxan, BƏƏ-nin Tehranla daha yumşaq yanaşma izləməsinin əlamətidir.
Muxalifet - 14-10-2019
“Səni saxlayan kişi...” – Rəksanə Kəmalə ilə bağlı od püskürdü
Müğənni Rəksanə İsmayılova “Instagram” hesabında canlı yayım açaraq ”Maşın” şou ilə bağlı qalmaqallı açıqlamalar verib. “Yeni Sabah” xəbər verir ki, ifaçı şounun qalibinin Kəmalə Piriyeva olacağını bildirib və atmacalı fikirlər səsləndirib: “Niyə Kəmalənin əlini maşından çəkməyini vermədiniz? Nəyə görə pul alıb sildiniz? Əgər düzgünlük varsa, işinizi düzgün edin. Niyə düzgün iş görmürsünüz? Mən həqiqət nədirsə, onu deyirəm. Həqiqət budur, yaxşı day-dayın olmalıdır, arxanda səni saxlayan kişi olmalıdır. İmkanlı olsun, oteli olsun, klinikası, restoranları olsun.
Muxalifet - 14-10-2019
Azərbaycanda həkim və xəstələri DÖYÜLDÜ - Xəstəxanaya hücumun ŞOK TƏFƏRRÜATI
"Xəstə yaxınlarının hücumuna məruz qalan Şirvan Şəhər Xəstəxanasına Travmatologiya şöbəsinin müdirinin vəziyyəti yaxşıdır".
Muxalifet.az xəbər verir ki, bu barədə Redaktor.az-a Şirvan Şəhər Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hadisəyə səbəb xəstənin ölməsi olub:Muxalifet - 14-10-2019
Şikayətçiyə cavab verə bilməyən İcra başçısının müavini İSTEFA VERDİ - Azərbaycanda ŞOK OLAY
Ağsu rayon icra başçısının ikinci müavini Mikayılov İqbal Şahbaba oğlu istefa verib. Rayona yeni icra başçısı təyin olunmuş Vahid Tağıyevin əhalini qəbul zamanı sakinlərdən birinin məsələsinə baxılıb. Baku.ws-in əldə etdiyi məlumata görə, həmin şəxs probleminin həll olunmadığı üçün İ.Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib. Nəticədə vəzifəsindən istefa verməli olub.
Muxalifet - 14-10-2019
“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - FOTOLAR
2014-cü il noyabrın 12-də cəbhə xəttində erməni helikopterini vuran İlkin Muradovun ev tikintisində işləyərkən çəkdirdiyi fotosu müzakirələrə səbəb olub.
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, bir çox istifadəçi keçmiş hərbiçinin fəhlələlik etdiyini iddia ediblər.
İ.Muradov isə iddialara cavab verməyib.
Xatırladaq ki, helikopterin vurulması hadisəsini daha da məşhurlaşdıran "Vur, komandir, vur" ifadəsi olmuşdu.Muxalifet - 14-10-2019
“Oğlum hər gün Bakı-Sumqayıt qatarı ilə işə gedib-gəlir” - Deputat İmamverdi İsmayılov
“Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar dəmir yolunda da özünü göstərir. Bu sahədə aparılan inqilabi dəyişikliklər göz önündədir”. Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib. O, bildirib ki, 2017-ci ildə Bakı-Tbilisi Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan daha bir tarixi hadisəyə imza atmış oldu: “Bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib.
Muxalifet - 14-10-2019
Makron Türkiyə ordusuna qarşı HƏRƏKƏTƏ KEÇDİ
“Suriyadakı qüvvələrimizin təhlükəsizliyini təmin etmək üçün bəzi tədbirlər görəcəyik”.
Publika.az “Röyters”ə istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.
Eliz sarayında Türkiyənin “Sülh çeşməsi” ilə bağlı keçirilən təcili toplantından sonra verilən açıqlamada rəsmi Parisin Suriyanın şimalındakı hərbi və mülki heyətin təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər görəcəyi qeyd edilib.Muxalifet - 14-10-2019
Nardaranda DƏHŞƏTLİ QƏTL: Oğul anasını öldürüb, meyitini yandırdı
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet - 14-10-2019
ŞÖBƏ MÜDİRİ BOŞ ZALIN QARŞISINDA 1 SAAT DANIŞDI! – Rüsvayçılıq - FOTO
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Polşada, ATƏT-in tədbiri zamanı boş zalın qarşısında 1 saat şıxış edərək, onu videoya çəkdirib. “AzPolitika.info” xəbər verir ki, bu haqda biabırçı “tədbirin” şahidi olan jurnalist Səbuhi Abbasov məlumat verib. Jurnalist bununla bağlı özünün “Facebook” profilində yazır: “Deməli, Polşada ATƏT-in tədbirində ayrı-ayrı zallarda paralel tədbirlər (“side event”) keçirilir. Belə tədbirlər bir dövlətin mühüm mesajlarının Avropaya çatdırılması baxımından çox əhəmiyyətlidir.
Muxalifet - 14-10-2019
Vilayət Eyvazov əməliyyat müvəkkilinə yüksək VƏZİFƏ VERDİ
Samux Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Cavid Məmmədov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, C.Məmmədov bundan əvvəl Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili işləyib.Muxalifet - 14-10-2019