Axtarış
The search found 105706 results in 0.03 seconds.
Search results
Prezident İlham Əliyev və ailəsi Şamaxıda - FOTOLAR
Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunda olublar. "Qafqazinfo"nun məlumatına görə, fotolar birinci vitse-prezidentin İnstaqram hesabında yerləşdirilib. "Gözəl diyar Azərbaycan", - paylaşımda qeyd edilib.
Muxalifet4 - 13-10-2019
BAKIDA GÜCLÜ YANĞIN: 540 kvadratmetrlik obyekt yanıb kül oldu
Bakı şəhərinin Sabunçu rayonunda güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb. Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet4 - 13-10-2019
Türk qoşunları Suluk kəndini ələ keçirdi – TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
Türk qoşunları Suriyanın daha bir yaşayış bölgəsini - Suluk kəndini ələ keçirdi. Muxalifet.az xəbər verir ki, bu barədə “Daily Sabah” Türkiyə Müdafiə Nazirliyinin rəsmi açıqlamasına istinadən yazır. Məlumata əsaəsn, silahlı əməliyyat Suriya Azad Ordusunun bölmələri ilə birgə həyata keçirilib. Hal-hazırda türk ordusu bölgədə təhlükəsizliyi təmin etmək üçün əməliyyatı davam etdirir. Xatırladaq ki, Suluk Suriya - Türkiyə sərhəddindən 10 kilometr məsafədə yerləşir və Tel-Abyad ərazisinə daxildir. Muxalifet.az
Muxalifet4 - 13-10-2019
"Rusiya təcavüzünün qarşısının alınması vacibdir” – İNGİLİS NAZİRİN HATO-ya ÇAĞIRIŞINA KREMLDƏN REAKSİYA
“İngiltərənin xarici işlər naziri Dominik Raabın NATO-nun "Rusiya təcavüzünün" qarşısının alınmasının vacibliyi haqda verdiyi açıqlaması ittifaq ölkələrinin maraqlarından qaynaqlanır”.
Muxalifet.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Dövlət Dumasının Beynəlxalq İşlər üzrə Komitəsinin üzvü Anton Morozov söyləyib.
Morozov deyib ki, bu, ilk növbədə Alyansın katibliyində çalışan məmurların maraqlrına uyğundur: “Təşkilatın maliyyələşdirilməsini davam etdirmək üçün Rusiyadan gələn mifik, uydurma təhdidlər yayılır”.Muxalifet4 - 13-10-2019
“Rusiya qonşu ölkələri təsir dairəsində saxlamaq üçün hərbi gücdən istifadə etmək ənənəsini davam etdirir” – NATO ALMAN MƏRUZƏÇİNİN HESABATINI TƏSDİQLƏDİ
NATO Parlament Assambleyasının Londonda keçirilən 65-ci sessiyasında Vətəndaş Təhlükəsizliyinə Nəzarət Komitəsi alman məruzəçisi Ula Şmidtin "NATO 70 - Alyans Dəyərlərinin Təsdiqi" hesabatını təsdiqləyib.
Muxalifet4 - 13-10-2019
“Mübariz İbrahimov kişi deyil, bu qədər..." - Azər Axşamın həyat yoldaşı MİLLİ QƏHRƏMANI TƏHQİR ETDİ
Aktyor, teleaparıcı Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova Azərbaycanın Milli Qəhrəmanını təhqir edib. "Ölkə.az" xəbər verir, aparıcının həyat yoldaşı Mübariz İbrahimovun kişi olmadığını, ermənilərin ona əxlaqsız şeylər etdiyini deyib. “Mübariz kişi deyil, bu qədər. O narkomanın biri olub”. O, daha da irəli gedərək Azərbaycan kişilərini də təhqir edib: “Mənim ərimdən başqa kişi yoxdur”.
Muxalifet4 - 13-10-2019
“Bizim ona qarşı heç bir iddiamız yoxdur…” - Putin Trampı MÜDAFİƏ ETDİ
“ABŞ-dakı daxili siyasi vəziyyət bu ölkənin prezidenti Donald Trampın Rusiya ilə münasibətlər qurmasına mane olur”.
Muxalifet4 - 13-10-2019
Ərdoğan sabah Bakıya gəlir – TÜRK ŞURASI TOPLANIR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsasını qoyan Naxçıvan Sazişinin 10-cu ilinə həsr olunmuş Zirvə görüşündə Özbəkistanın şuraya tam üzvlüyü təsdiq olunacaq. Muxalifet.az
Muxalifet4 - 13-10-2019
Müsavatda başqan seçkisi: onlayn səsvermənin qalibi odur
Bu gün Bakının Binəqədi rayonunda yerləşən “Büllur” sarayda Müsavat Partiyasının IX qurultayı öz işinə başlayıb.
Axar.az xəbər verir ki, qurultayda diqqəti çəkən məqam başqan seçkisidir. Belə ki, Müsavat Partiyası başqanlığına İsa Qəmbər bu dəfə də namizədliyini irəli sürməyib. Hazırda başqanlıq üçün Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılı mübarizə aparır.
Muxalifet4 - 13-10-2019
Baş nazir seçicilərlə görüşə zirehli paltarda gəldi
Kanada baş naziri Castin Trüdo seçkiqabağı kampaniya çərçivəsində Missiyura şəhərində seçicilərlə keçirilən görüşə zirehli gödəkçə ilə gəlib.
Bu barədə CBC telekanalı məlumat yayıb.
Baş naziri təhlükəsizlik xidmətinin əməkdaşları müşayiət edib. Bundan başqa onun çıxışını seçicilərə təqdim etməli olan həyat yoldaşı Sofi Qrequar Trüdo da səhnəyə çıxmayıb.
Castin Trüdonun lideri olduğu Kanada Liberal Partiyası hadisə ilə bağlı açıqlama verməyib.Muxalifet4 - 13-10-2019
"Məndə “Twitter” yoxdur və mən Trampı izləmirəm" - PUTİN
Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Trampın “Twitter”də yazdıqlarını oxumur, ancaq hesab edir ki, onun fikirləri dünya üçün vacibdir.
Rusiya lideri bunu Al Arabia, Sky News Arabia və RT Arabic-ə verdiyi müsahibədə müvafiq suala cavab verərkən deyib.
“Mənim özümdə “Twitter” yoxdur. Mən bunu izləmirəm. Ancaq, əlbəttə ki, zaman zaman əməkdaşlarım mənə məlumat verirlər",-deyə Rusiyanın dövlət başçısı bildirib.
Muxalifet4 - 13-10-2019
"Həmin səhifə mənim həyat yoldaşımın deyil" - AZƏR AYXAN AÇIQLAMA VERDİ
Aparıcı Azər Axşamın həyat yoldaşının Milli qəhraman Mübariz İbrahimovu təhqir etdiyi iddia olunur.
Qeyd edək ki, Səbinə Şabanova adlı facebook istifadəçisi öz paylaşımında həyat yoldaşı Azər Axşamın ölkədə yeganə kişi olduğunu bildirib.Sonra o yazdığı statusun rəy bölməsində Mübariz İbrahimovla bağlı xoşagəlməz sözlər qeyd edib. Buna cavab olaraq izləyicilərdən biri onun mesaj bölməsinə yazaraq irad bildirib. Adıçəkilən xanım isə daha irəli gedərək Milli Qəhramanı təhqir etməkdən belə çəkinməyib.
Muxalifet4 - 13-10-2019
UEFA Türkiyə mediasının yaydığı xəbəri təkzib etdi
UEFA Türkiyə milli komandasının “Avro-2020”nin Albaniyaya qarşı matçında vurulan qoldan sonra yerli futbolçuların əsgər salamı verməsi ilə bağlı araşdırma aparılacağı barədə iddiaları təkzib edib.
Muxalifet4 - 13-10-2019
Bakı metrosunda maraqlı hadisə - Yerdən 400 manat tapdı və... - FOTO
Oktyabrın 10-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları maraqlı hadisənin şahidi olublar.
Publika.az xəbər verir ki, metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib.
Muxalifet4 - 13-10-2019
Merkel Ərdoğandan əməliyyatın dayandırılmasını istədi - TELEFON DANIŞIĞI HAQDA AÇIQLAMA
Almaniya kansleri Angela Merkellə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı zamanı Merkel Ərdoğandan Suriyanın şimal-şərqində aparılan hərbi əməliyyatları dayandırmasını istəyib.
Muxalifet4 - 13-10-2019
“Biz hücum edən 2 ordu arasında qala bilmərik" - ABŞ DAHA MİN NƏFƏR ƏSGƏRİNİ SURİYADAN ÇIXARIR
ABŞ Suriyadan təxminən minə yaxın hərbi qulluqçusunu çıxaracaq. Bu barədə Pentaqon lideri Mark Esper danışıb. Onun sözlərinə görə, burada söhbət qoşunların şüurlu şəkildə çıxarılmasından gedir. “Biz hücum edən 2 ordu arasında qala bilmərik. Bu dəhşətli vəziyyətdir, biz həmin vəziyyətə düşməməliyik. Son 24 saatda öyrəndik ki, Türkiyə hücumları planlaşdırıldığı kimi qərbə deyil, cənub istiqamətində genişləndirəcək”, - Esper bildirib.
Muxalifet4 - 13-10-2019
İsa Qəmbərlə başqanlığa namizədlər arasında mübahisə yarandı
Bu gün Müsavat Partiyasının qurultayında İsa Qəmbərlə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə düşüb. Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, buna səbəb İsa Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub. Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu etiraz edib. İsa Qəmbər isə bildirib ki, Tofiq Yaqublu və Yadigar Sadıqlı çıxışlarında onun və Arif Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər. Buna görə də o qurultay nümayəndəsi kimi çıxış etmək istəyib. Mübahisəyə Arif Hacılı da qoşulub.
Muxalifet4 - 13-10-2019
Arif Hacılı yenidən başqan oldu - YENİLƏNDİ
Səsvermənin nəticələrinə görə, Arif Hacılı yenidən başqan seçilib.
***
Partiya rəhbəri postuna keçirilən səsvermə başa çatıb. Hazırda nəticələr hesablanır.
***
Müsavat Partiyasının IX qurultayı başlayıb.
Muxalifet.az-ın məlumatına görə, qurultay “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçirilir.
Müsavat Partiyasının başqanı postuna namizədlər hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.
Çıxışlar başa çatdıqdan sonra səsvermə prosesi başlayıb.
Muxalifet4 - 13-10-2019
SON DƏQİQƏ: strateji magistral ələ keçirildi, Ərdoğan əməliyyatın tamamlanacağı tarixi açıqladı - VİDEO
Tel Abyad mahal mərkəzi tamamilə YPG/PKK terrorçularından təmizlənib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, uğurla həyata keçirilən əməliyyatlar nəticəsində Türkiyə ordusu və Suriya Milli Ordusu sərhədin 30-35 kilometr dərinliyinə qədər irəliləyərək strateji M-4 mağıstral yoluna nəzarəti təmin edib. Ümumilikdə, Tel Abyad ve Rasulayn mahallarına bağlı 42 kənd YPG/PKK terrorçularından təmizlənib.
Muxalifet4 - 13-10-2019
Брак по любви или по расчету?
Дженк Башламыш (Cenk Başlamış) Из-за важных событий в Сирии сейчас все внимание приковано к турецко-американским отношениям, но не нужно забывать и о России — главном плеймейкере в регионе. В отличие от США, которые накаляют обстановку своими заявлениями, Россия придерживается очень осторожной тактики и взвешенно развивает отношения как с сирийской администрацией, так и с Турцией и Ираном. Например, когда на повестке дня возникла операция Турции к востоку от Евфрата, Россия в своем заявлении на этот счет позаботилась и о Дамаске, и об Анкаре.
Muxalifet4 - 13-10-2019