Baş nazir seçicilərlə görüşə zirehli paltarda gəldi
13-10-2019 16:59
Baxış sayı:
1814

Kanada baş naziri Castin Trüdo seçkiqabağı kampaniya çərçivəsində Missiyura şəhərində seçicilərlə keçirilən görüşə zirehli gödəkçə ilə gəlib.
Bu barədə CBC telekanalı məlumat yayıb.
Baş naziri təhlükəsizlik xidmətinin əməkdaşları müşayiət edib. Bundan başqa onun çıxışını seçicilərə təqdim etməli olan həyat yoldaşı Sofi Qrequar Trüdo da səhnəyə çıxmayıb.
Castin Trüdonun lideri olduğu Kanada Liberal Partiyası hadisə ilə bağlı açıqlama verməyib.