Merkel Ərdoğandan əməliyyatın dayandırılmasını istədi - TELEFON DANIŞIĞI HAQDA AÇIQLAMA
13-10-2019 17:52
Baxış sayı:
2167

Almaniya kansleri Angela Merkellə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı zamanı Merkel Ərdoğandan Suriyanın şimal-şərqində aparılan hərbi əməliyyatları dayandırmasını istəyib.