"Rusiya təcavüzünün qarşısının alınması vacibdir” – İNGİLİS NAZİRİN HATO-ya ÇAĞIRIŞINA KREMLDƏN REAKSİYA

“İngiltərənin xarici işlər naziri Dominik Raabın NATO-nun "Rusiya təcavüzünün" qarşısının alınmasının vacibliyi haqda verdiyi açıqlaması ittifaq ölkələrinin maraqlarından qaynaqlanır”.
Muxalifet.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Dövlət Dumasının Beynəlxalq İşlər üzrə Komitəsinin üzvü Anton Morozov söyləyib.
Morozov deyib ki, bu, ilk növbədə Alyansın katibliyində çalışan məmurların maraqlrına uyğundur: “Təşkilatın maliyyələşdirilməsini davam etdirmək üçün Rusiyadan gələn mifik, uydurma təhdidlər yayılır”.
“Həm NATO, həm də Rusiyanın ortaq məqsədləri var. Buna çatdıqdan sonra tərəflər əməkdaşlıq edə bilər”, - Morozov vurğulayıb.
Onun sözlərinə görə, bu, xüsusilə terrorla mübarizəyə aiddir.
Xatırladaq ki, bundan əvvəl Dominik Raab NATO Parlament Assambleyasında çıxışı zamanı ölkələri Rusiya təcavüzünün qarşısını almaqda həssasslıq göstərməyə çağırıb. Eyni zamanda, Alyansın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa kömək edəcək bir yanaşma tapmalı olduğunu vurğulayıb.
Muxalifet.az