Axtarış

The search found 105706 results in 0.027 seconds.

Search results

  1. Yol kənarına zibil tökən sürücülər cərimələndi - 500 manatdan 800 AZN-ə qədər

    Yük avtomobilləri ilə daşıdıqları məişət tullantılarını yol kənarına boşaldan üç nəfər saxlanılıb. Həmin şəxsləri Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları ətrafda yaşayan sakinlərin şikayəti ilə tutub. Polis bölməsinə məlumat daxil olub ki, Binəqədi-Novxanı-Mehdiabad yolunun kənarına gecə saatlarında ''KamAz'' markalı yük avtomobilləri zibil tökür. Bölmə əməkdaşları həmin gecə əraziyə baxış keçirərkən məişət tullantılarını ora tökən üç yük avtomobilinin sürücüləri - Kərim Kərimli, İbrahim İbrahimov və Ozal Rzayevi saxlayıb.

    Muxalifet4 - 13-10-2019

  2. "Paşinyan Əliyevin yanında heç də yaxşı görünmürdü" - RUSİYA MEDİASI

    “Kommersant” qəzeti MDB Dövlət Başçıları Şurasının iclasından bəhs edən reportajında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına cavab verən Ermənistan baş nazirinin gülünc vəziyyətə düşdüyünü yazır.

    Muxalifet4 - 13-10-2019

  3. "Maşın Şou"da final həyəcanı - 5 NƏFƏR MÜBARİZƏ APARIR

    "Maşın Şou"da 12-ci günə yekun vurulub.

    Yarışmaçılar ən Zümrüd Qasımovanı səsverməyə çıxarıblar. Sona qədər hədəfini açıqlamayan aparıcı səs toplayıb şouda qala bilməyib. Tamaşaçılar ona 48.03 faiz səs göndərib. 

    Qeyd edək ki, final üçün Niyam Səlami, Ramal İsrafilov, Lalə Mustafayeva, Suna Kaımoğlu və Kəmalə Piriyeva yarışacaq. 

    ***

    "Maşın Şou"da 18-ci sürətin növbəti buraxılışına start verilib. 

    Muxalifet4 - 13-10-2019

  4. "Qızım evli olduğu 7 il müddətində daima zorakılığa məruz qalıb" - LEYLANIN ANASI / Video

    Oktyabrın 6-da Bakı Avtovağzalı yaxınlığında əri Nicat Məmmədov tərəfindən 3 azyaşlı uşaqlarının gözləri qarşısında qətlə yetirilən Leyla Məmmədovanın anası Flora Mahmudova qızının öldürülməsindən danışıb.

    Muxalifet.az xəbər verir ki, Meydan Tv-yə danışan qadın 27 yaşlı qızının evli olduğu 7 il müddətində daima zorakılığa, təhqirlərə məruz qaldığını bildirib.

    O, qızının şiddətə dözməyib boşanmaq istədiyi üçün öldürüldüyünü deyib.

    Muxalifet4 - 13-10-2019

  5. Bir ailədən 5 uşaq xəstəxanaya yerləşdirildi - BƏRDƏDƏ

    Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Belə ki, Bərdə rayonunun Qarağacı kənd sakini olan 2007-ci il təvəllüdlü Abbasova Fatimə Yavr qızı, 2008-ci il təvəllüdlü Abbasova Nigar Yavər qızı, 2010-cu il təvəllüdlü Abbasov Nihad Yavər oğlu, 2012-ci il təvəllüdlü Abbasova Zəhra Yavər qızı və 2015-ci il təvəllüdlü Abbasov Əli Yavər oğlu qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin araşdırmalar zamanı uşaqların kartofdan zəhərləndiyi üzə çıxıb. Uşaqlara tibbi yardım göstərilib.

    Muxalifet4 - 13-10-2019

  6. ​Almaniyada dəhşətli terror hadisəsi – TERRORÇU BAŞ VERƏNLƏRİ LENTƏ ALDI

    Cümə günü Almaniyanın Nürnberq şəhərində terror hadisəsi baş verib.
     
    Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, alman əsilli terrorçu əvvəl şəhərdəki Yəhudi İcmasının sinaqoquna daxil olmaq istəyib, bağlı olduqda isə ətrafdakı insanlara atəş açmağa başlayıb.
    Hadisə nəticəsində həlak olan və yaralananlar olub.
    Qeyd edək ki, terrorçu bütün baş verənləri lentə çəkib. Hadisədən sonra həmin görüntülər ölkədə sürətlə yayılsa da, sonrdan tez bir zamanda yığışdırılıb. 

    Muxalifet4 - 13-10-2019

  7. ​TRAMPDAN TÜRKİYƏYƏ DƏSTƏK ÇAĞIRIŞI – “Ümid edirəm ki, YPG-lilər bölgədən çəkiləcəklər, Türkiyənin hava gücünə qarşı şansları yoxdur”

    Əvvəlki gün Türkiyə və YPG/PKK terror təşkilatı arasında vasitəçilik təklif edən ABŞ prezidenti Donald Tramp bu dəfə terrorçulara bölgədən çəkilmə çağırışı edib. Muxalifet.az xəbər verir ki, prezident çağırışı Vaşinqtonda seçicilərlə görüşündə səsləndirib. “Öz sərhədlərimizə nəzarət edə bilmirik, Türkiyə-Suriya sərhədinə nəzarət etməyimiz mümkün deyil. Əsgərlərimiz daha 50 il Suriyada qala bilməzdilər. Ümid edirəm ki, YPG-lilər bölgədən çəkiləcəklər, Türkiyənin hava gücünə qarşı şansları yoxdur”, - Tramp bildirib.

    Muxalifet4 - 13-10-2019

  8. Ərdoğan Consonla "Sülh çeşməsi"ni müzakirə etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

    Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon söhbətində Türkiyə Prezidenti “Sülh çeşməsi” əməliyyatının məqsədləri barədə baş nazirinə məlumat verib.

    Muxalifet4 - 13-10-2019

  9. ​Köhnə maşın sahiblərinə PİS XƏBƏR - Yeni qadağalar gəlir

    "Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir".
    Muxalifet.az
    xəbər verir ki, bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu ilin yanavar-avqust aylarında idxalın iki dəfə artması da məhz köhnə avtomobillərin tədricən istismardan çıxması ilə bağlıdır:

    Muxalifet - 13-10-2019

  10. ​Ev tikmək istəyən qonşusunu güllələyib öldürdü – GƏNCƏDƏ

    Oktyabrın 11-də Gəncə şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
    Belə ki, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hüseynov Akif İsrəfil oğlunun həmyerlisi, 1990-cı il təvəllüdlü Kərimov Zeynalabdı Bəndər oğlunutüfənglə atəş açaraq öldürməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

    Muxalifet4 - 13-10-2019

  11. ​“Türk ordusunu dayandırın, vasitəçilik edin” – MƏZLUM KOBANİ ABŞ-dan İMDAT DİLƏDİ

    ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsini qəbul edirik.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahin “Le Fiqaro” qəzetinə açıqlamasında deyib. O, artıq prioritetlərinin həbsxanalardakı İŞİD-çilər olmadığını bildirib.
     
    SDQ komandiri ABŞ hərbçilərinin bölgədən çəkilməsinin onları məyus etdiyini söyləyib:
     

    Muxalifet4 - 13-10-2019

  12. Acun İlıcalı qəzaya uğradı - TƏKƏRİ PARTLAYAN AVTOMOBİL MANEƏYƏ ÇIRPILIB VƏ... / FOTO

    Türkiyənin məşhur aparıcısı, TV8 kanalının sahibi Acun İlıcalı qəzaya uğrayıb.
     
    Belə ki, İlıcalının idarə etdiyi avtomobil təkərin partlaması nəticəsində yol kənarındakı maneəyə çırpılıb.
     
    Aparıcı heç bir xəsarət almasa da, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
     
    “Yol qəzasına uğradım. Səhhətim yaxşıdır. Zəng edən, soruşan hər kəsə təşəkkür edirəm”, - İlıcalı sosial şəbəkə hesabı vasitəsilə yazıb.

    Muxalifet4 - 13-10-2019

  13. Türkiyə ordusu daha bir ərazini terrorçulardan təmizlədi

    Türkiyə ordusu və Suriya Milli Ordusunun apardığı “Sülh çeşməsi” əməliyyatı çərçivəsində sərhəddəki Tel Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan təmizlənib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri mərkəzdə nəzarəti tam ələ alıb. Hazırda axtarış-xilasetmə işləri aparılır.

    Muxalifet4 - 13-10-2019

  14. KÜRD TERRORÇULAR GERİ ÇƏKİLİR- Rusiyaya müttəfiqlik təklif edildi, ABŞ “əxlaqsız” adlandırıldı

    Muxalifet.az ТАСС informasiya agentliyinə istinadən xəbər verir ki, Suriyadakı kürdlərin komandiri ABŞ-ı bölgədən getməyə və yerini Rusiyaya verməyə çağırıb. Suriya Demokratik Qüvvələri (SDQ) adlanan kürd birləşməsinin komandiri Mazlum Kobani (Abdi) ABŞ-a ya "Barış Pınarı" əməliyyatını dayandırmasını, ya da yerini Rusiya və Suriya hökumət hərbi birləşmələrinə vermək üçün bölgəni tərk etməsini təklif edib. CNN Kobaninin ABŞ-ın "İslam Dövləti" terror təşkilatına qarşı mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi elçisinin müavini Vilyam Rubak ilə görüşünün mətninə istinad edir.

    Muxalifet4 - 13-10-2019

  15. Kafedə çalışan anasının yanına gəldi və... - 15 yaşlı qız itkin düşdü

    Paytaxtda azyaşlı qız itkin düşüb.

    Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

    Rayonunun Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında qəsəbədə, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.

    O, həmin gün günorta saatlarında kafedən çıxıb və itkin düşüb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 13-10-2019

  16. ​ŞOK: Rusiya ABŞ-ın Qara dənizdəki raketdən müdafiə qurğusunu nəzarətə aldı

    Rusiyanın Qara dəniz donanması ABŞ-ın bu dənizdəki raketdən müdafiə -  hərbi qurğusunu nəzarət altına aldı.

    Muxalifet.az xəbər verir ki, Rusiya Müdafiə Nəzarət Mərkəzinin ТАСС-a verdiyi məlumata görə, Qara dəniz donanmasının gəmiləri ABŞ Hərbi Dəniz Qüvvələrinin "Porter" İOR-RM (idarəolunan raket - raketdən müdafiə) hərbi gəmisini nəzarət altına alıb.

    Muxalifet4 - 13-10-2019

  17. Ailəli qadına vurulub, axırda da bıçaqlayıb öldürüb... - DAHA BİR MANYAK VƏ YOLUNU AZMIŞ ÜNSÜR BARƏDƏ

    Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qadını öldürən, sonra özü də intihara cəhd edən Ağsu rayon sakini, 37 yaşlı Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Virtualaz.org-un xəbərinə görə, hadisə bu il iyunun 7-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib.

    Muxalifet4 - 13-10-2019

  18. ​"Artıq Rusiya Ukraynaya gəlin kimi baxmır" – SABİQ PREZİDENT

    Rusiya-Ukrayna münasibətlərində müsbət tendensiya yaranır.

    Muxalifet4 - 13-10-2019

  19. İlham Əliyev 14 yaşlı Aydını təbrik etdi

    Prezident İlham Əliyev yeniyetmə şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb.

    Təbrik məktubunda deyilir: "Əziz Aydın, Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm. Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın. Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

    Muxalifet4 - 13-10-2019

  20. Azərbaycanda sabah 30 dərəcə isti olacaq - PRQONOZ

    Həftənin ilk günündə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

    Muxalifet4 - 13-10-2019

Pages