Axtarış
The search found 105706 results in 0.085 seconds.
Search results
Bakı-Sumqayıt yolundan istifadə edənlərə XƏBƏRDARLIQ
Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a bildirib ki, Bakı-Sumqayıt yolunun Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqamətində) hissəsi təmir işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-dən etibarən avtomobillərin hərəkəti üçün qismən məhdudlaşdırılıb.
Muxalifet - 12-10-2019
Əliyev və Paşinyan axşam yeməyində 2 saat nə haqda danışıblar? - İRƏVANDAN AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı hazırki vəziyyəti və gərginliyin azaldılması imkanlarını müzakirə ediblər.
"Turan" xəbər verir ki, bu barədə "Armenpress"ə baş nazirin mətbuat katibi Vladimir Karapetyan bildirib.
Muxalifet4 - 12-10-2019
Paşinyan Avropa İttifaqına yalvardı: "İslahatlar üçün pul yoxdur"
Ermənistanın baş naziri Nikol Paşinyan komandasından polisdə struktur dəyişiklikləri məsələsini ən qısa müddətdə həll olunmasını tələb edib. Bununla bağlı “Joxovurd” nəşri məlumat yayıb. Paşinyan post-patrul və yol polisi xidmətlərini birləşdirmək niyyətindədir. Həmçinin, Cinayət Axtarış Baş İdarəsi və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi də birləşdirilməlidir. Qəzetin məlumatına görə, bu islahatları keçirmək üçün Paşinyan hökumətinə 50 milyon dollar lazımdır ki, bu da büdcədə yoxdur. Buna görə Paşinyan Avropa İttifaqına maliyyə yardımı üçün müraciət edib.
Muxalifet - 12-10-2019
Bakıda məşhur restoran söküldü - FOTO
Bakının məşhur restoranlarından sayılan “Oazis” sökülüb. Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, restoranın söküntüsünə ötən ayın əvvəlindən start verilib. Qeyd edək ki, “Oazis”in sahibi Hacı Mirtalıb Miroğlu restoranını məşhur marketlər şəbəkəsinə satıb.
Muxalifet - 12-10-2019
Bakıda yağışlı havada baş vermiş dəhşətli qəzalar - ANBAAN VİDEO
Adətən yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır. Muxalifet.az-ın Avtosfer.az-a istinadən təqdim etdiyi videogörüntüdə belə havalarda baş verən üç qəza əks olunub. Hər üç qəza demək olar ki, eyni yerdədir. Aeroport yolunda yüksək sürətlə hərəkət edən sürücülər qəfil əyləci basanda sürüşmə baş verir və avtomobil idarəetməni itirir.
Muxalifet - 12-10-2019
“Azərbaycan artıq Rusiyanın tam təsir dairəsindədir” – ƏRƏSTUN ORUCLU
“Ölkədə baş verən bütün görünən və ilk baxışdan görünməyən dəyişikliklərin də hamısı məhz həmin təsirdən qaynaqlanır” Oktyabrın 8-də Azərbaycanda yeni baş nazir təyin edildi. Cəmi bir il əvvəl bu posta təyin olunmuş 72 yaşlı Novruz Məmmədovun istefa verdiyi deyildi. Ardınca Milli Məclis prezidentin təqdimatı əsasında bu posta prezidentin iqtisadi məsələlər üzrə köməkçisi 63 yaşlı Əli Əsədovun namizədliyini müzakirəyə çıxardı və təklif yekdilliklə qəbul olundu.
Muxalifet4 - 12-10-2019
Zirəddindən Qarabağla bağlı erməniləri ÜZƏCƏK XƏBƏR - Sevinməsinlər...
Yaşadığı Rusiyadan Bakıya gələn məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Milli.Az-ın qonağı olub.
Milli.Az-ın suallarını cavablandıran məşhur ekstrasens gözlənilməz proqnozları ilə diqqətləri üzərinə çəkib.
Zirəddinin daha bir proqnozu hər bir azərbaycanlını düşündürən Dağlıq Qarabağ mövzusu ilə bağlı olub:Muxalifet - 12-10-2019
“Həbsdə olan İŞİD üzvləri nəzarətimizdədir” – Türkiyə XİN
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla danışıqlara uyğun olaraq ”Barış bulağı” hərəkatı çərçivəsində terrorçulardan təmizlənmiş sahələrdəki saxlama mərkəzlərində tutulan İŞİD ünsürləri və onların düşərgələrdə olan ailələri nəzarətimizdədir”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy həbs olunan İŞİD-çi və onların ailələrinin taleyi ilə bağlı suala cavablandırarkən bu barədə bildirib.
Muxalifet4 - 12-10-2019
SON DƏQİQƏ: "Mehmetcik"dən MÖHTƏŞƏM ƏMƏLİYYAT: PYD-nin ikinci adamı məhv edildi - FOTO
Türkiyə Silahlı Qüvvələri və Suriya Mili Ordusunın Suriyanın şimalında həyata keçirdiyi “Sülh Çeşməsi” (Barış Pınarı) əməliyyatı çərçivəsində PYD terror təşkilatına ağır zərbə vurulub. Muxalifet.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, PYD-nin siyasi qanadına daxil olan Suriyanın Gələcəyi Partiyasının baş katibi Hevin Halef uğurlu bir əməliyyatla öldürülüb. Məlumata görə, onun Rakkadan Qamışlıya hərəkət edəcəyi barədə əvvəlcədən kəşfiyyat məlumatı əldə olunub. Halefin havadan endirilən zərbə ilə vurduğu bildirilir. Onun cəsədi PYD-nin işğalı altındakı Qamışlıya aparılıb.
Muxalifet - 12-10-2019
Rusiya istəyir ki, Ermənistan, Azərbaycan və hətta Gürcüstan... - Moskvanın ŞOK HƏDƏFİ
Rusiya Ermənistanın qarantıdır, üstəlik, Ermənistanda Rusiyanın hərbi bazası var. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hərbi müdaxiləsi olmayacaq. Bunu “168 Jam” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib. “Ermənistan Moskva üçün vacibdir, amma Türkiyə və Azərbaycanın da Rusiya üçün önəmi var. Rusiya istəyir ki, Ermənistan, Azərbaycan və hətta Gürcüstan keçmişə qayıtsınlar, Rusiya bu regionda dominantlıq etsin. Yalnız Ermənistanla əməkdaşlıq edib, digərlərindən imtina Moskva üçün sərfəli deyil”, - deyə o bildirib.//Axar
Muxalifet - 12-10-2019
Tovuzda gənc oğlan öldürüldü
Tovuzda qətl hadisəsi baş verib.
Muxalifet.az-ın xəbərinə görə, hadisə rayonun Kür çayına yaxın ərazisində qeydə alınıb.
Belə ki, Tovuz şəhər sakini, 1988-ci il təvəllüdlü İbrahimov Asif Elqam oğlu mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya aparılan zaman yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 12-10-2019
Ermənilər İrəvan – Mehri yolunu bağladılar - FOTOLAR
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Oktyabrın 12-dəvayots Dzor vilayətinin Axavnadzor kəndinin sakinləri İrəvan-Mehri magistralını bağlayıb.
Muxalifet - 12-10-2019
Bərdədə 3 uşaq anası evdən qaçdı - FOTO
Bərdə rayonunun İmamqulubəyli kəndindən üç uşaq anası evdən qaçıb.
“Ölkə.Az”ın bölgə müxbirinin verdiyi məlumata görə, sentyabrın 25-də baş verib.
Üç uşaq anası, 1993-cü il təvəllüdlü Məmmədova Xalidə 10 aylıq uşağını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər 2 uşaq isə evdə qalıb.
Qadının həyat yoldaşı Fuad Məmmədovun verdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.
Məmmədova Xalidəni görənlərdən Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsi xahiş olunur.Muxalifet - 12-10-2019
Paşinyan və xanımı Tankyanın qəhvə təqdimatında iştirak ediblər
Məşhur “System Of A Down” qrupu İnformasiya Texnologiyaları Konfransında (WCIT-2019) iştirak etmək üçün Ermənistandadır. Qrup dünən öz qəhvə markasını təqdim edib.
Tert.am saytının məlumatına görə, təqdimatda artsaxlı kiçik bir ifaçı, rusiyalı “Uşaqların səsi” televiziya layihəsinin iştirakçısı Mişa (Mikael) Qriqoryan da iştirak edib. Mişa Qriqoryanın İnstaqramda rok ulduzu ilə birlikdə “Artsax” mahnısını oxuduğu video yayımlayıb.Muxalifet4 - 12-10-2019
“Putin Zelenskini mat qoydu, Rusiyaya inanmaq olmaz” – AVROPA PARLAMENTİNİN DEPUTATI
“Qərb ölkələri Ukrayna ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sistematik şəkildə əməl etməyən Rusiyaya güvənə bilməzlər. "Ştaynmayer planı" isə effektiv deyil”.
Muxalifet4 - 12-10-2019
Türk ordusu Suriyada möhtəşəm tarix yazır... – ÖLDÜRÜLƏN TERRORÇULARIN SAYI 480 NƏFƏRİ KEÇDİ
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 480 terroçusu zərərsizləşdirilib.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.Muxalifet4 - 13-10-2019
Bakıda 31 yaşlı qadını xəstəxanalıq etdilər - NAMƏLUM ŞƏXS TƏRƏFİNDƏN VƏHŞİCƏSİNƏ DÖYÜLÜB
Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə Nəsimi rayonunda, Səməd Vurğun bağında qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Kərimova Pərvanə Kamal qızı tanımadığı naməlum şəxs tərəfindən döyülüb. P.Kərimova hadisə zamanı kəllə-beyin travması, habelə digər xəsarətlər alıb.
Muxalifet4 - 13-10-2019
Azərbaycan milli bu gün macarlarla qarşılaşacaq
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq.
Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. C, E və G qruplarında iki, I qrupunda isə 3 oyun baş tutacaq.
Macarıstan yığmasının 9 xalı (6 oyuna), Azərbaycan milli komandasının isə 1 (5 oyuna) xalı var.
AVRO-2020
E qrupuMuxalifet4 - 13-10-2019
Bill Qeyts bu sahədə də birinci oldu - "Bloomberg" AÇIQLADI
"Bloomberg" agentliyi dünyanın ən zəngin avtomobil istehsalçılarına və dilerlərə malik insanların reytinq siyahısını açıqlayıb.
Muxalifet4 - 13-10-2019
Yaqub Zurufçunun televiziyaya çıxmasına kim qadağa qoyub? – MÜĞƏNNİDƏN AÇIQLAMA
"Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə qadağa qoyur".
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bunu Əməkdar artist Yaqub Zurufçu deyib.
Əməkdar artist bildirib ki, ATV ilə MTV kanallarından başqa, heç bir kanal dəstək olmayıb: "Kanallar qadağa qoyur, heç xəbərimiz olmur. Onlar arzu etsinlər ki, mən onların kanallarına çıxım. Yoxsa, mən o kanallara çıxan deyiləm".
Qeyd edək ki, bu gün Heydər Əliyev adına Respublika Sarayında Yaqub Zurufçunun solo konserti olub.Muxalifet4 - 13-10-2019