Axtarış
The search found 105706 results in 0.025 seconds.
Search results
“TƏRƏFİNIZİ SEÇİN- YA BİZ, YA DA TERRORÇULAR!” - Ərdoğandan Merkelə sərt sözlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada davam edən “Barış bulağı” hərbi əməliyyatı haqqında Almaniya Kansleri Angela Merkellə telefon danışığının detallarını açıqlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı geniş mətbuat konfransı keçirən ölkə başçısı Merkellə açıq danışdığını və onun qarşısında şərt qoyduğunu qeyd edib.
“Barış bulağı” əməliyyatları başladıqdan sonra həm ölkəmizdə, həm də beynəlxalq aləmdə kimin harda durduğunu gördük. Bizi iqtisadi və hərbi sanksiyalarla hədələyənlər var.
Muxalifet4 - 13-10-2019
AVRO-2020: Azərbaycan millisi məğlub oldu - YENİLƏNDİ
Macarıstan 1-0 hesabı ilə matçda qələbə qazandı. Millimiz oyunun son dəqiqələrində hesabı bərabərləşdirsə də, baş hakim qaydalar çərçivəsində vurulmuş qolu qeydə almayıb.
***
20:2110-cu dəqiqədə Macarıstan hesabı açdı: 1-0.
***
20:00Macarıstan-Azərbaycan matçı başladı. Matçı buradan canlı yayımla izləyə bilərsiniz.
***
18:58Muxalifet4 - 13-10-2019
Türkiyəyə qarşı QORXUNC PLAN İŞƏ DÜŞDÜ: anonsu 2 ay əvvəl verilmişdi
“Sülh çeşməsi” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusundan ağır zərbələr alan YPG/PKK terror təşkilatı İŞİD üzərindən Türkiyəyə qarşı təhlükəli oyun oynamağa başlayıb.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terror təşkilatı Suriyanın şimalındakı Ayn İsa mahalında daha əvvəl ələ keçirdiyi İŞİD terrorçuları və ailə üzvlərinin saxlanıldığı düşərgəni yandıraraq onların qaçışını hazırlayıb.Muxalifet - 13-10-2019
Rafael Ağayev: "Allah Brüs Liyə rəhmət eləsin" - VİDEO
"Allah Brüs Liyə rəhmət eləsin".
Bu sözləri Azərbaycan karateçisi, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olan Rafael Ağayev deyib.
İctimai TV-də yayımlanan "Fatehin divanı" verilişinə qonaq olan idmançı uşaqlıq dövründən və karateyə niyə gəldiyindən söz açıb:
"Çünki 6-7 yaşımda çox nadinc olmuşam. Orta məktəbi də çox zəif oxumuşam. Loru dildə desək uşaq vaxtlarımda dalaşqan olmuşam. Valideyinlərim bunu hiss edib.
Atama yaxınlaşıb demişəm ki, mən karateni istəyirəm. Tək əldən səs çıxmaz. İlk növbədə ailəm, müəllimlərimə çox sağol deyirəm".
Muxalifet4 - 13-10-2019
Suriya əməliyyatında könüllülərimizdən Türkiyəyə dəstək çağırışı - Bəs qanunlarımız nə deyir?
Türkiyə ordusunun Suriyada keçirdiyi antiterror əməliyyatı Azərbaycanda da həyəcanla, diqqətlə izlənilir. Artıq qardaş ölkənin ordusunun sıralarında döyüşmək istəyən könüllülər də var və onların sayı artmaqdadır. Bununla bağlı 12 oktyabrda Gəncliyə Yardım Fondunda Türk ordusu sıralarında döyüşmək istəyən vətənpərvərlərin aksiyası keçirilib.
Muxalifet4 - 13-10-2019
Azərbaycan Tokio-2020-yə daha 2 lisenziya QAZANDI
Azərbaycan millisi 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına daha 2 lisenziya qazanıb. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, idman gimnastlarımız - Marina Nekrasova və İvan Tixonov Olimpiadada iştirak hüququna yiyələniblər. Onlar lisenziyaya Almaniyanın Ştutqart şəhərində keçirilən dünya çempionatında göstərdikləri nəticəyə əsasən sahib olublar. Bununla da Azərbaycan yığmasının Tokio-2020-yə qazandığı vəsiqələrin sayı 8-ə çatıb. M. Nekrasova və İ.
Muxalifet - 13-10-2019
Azərbaycanda vəzifə tutan ermənilərin SİYAHISI YAYILDI
1828-ci ilə qədər Bakıda ermənilər yaşamasa da, 1988-ci ildə bu paytaxt şəhərində 170 min qeydə alınmış, 130 min isə qeydiyyatsız erməni mövcud olub. Ölkədə isə 500.000-ə qədər erməni yaşayırdı. Bu 500 min erməni Azərbaycanın bütün ticarət, rəhbər idarə və qurumlarında çalışırdı.
Muxalifet - 13-10-2019
Azərbaycanda dəhşətli qətl - Ev tikmək istəyən qonşusunu güllələyib öldürdü
Oktyabrın 11-də Gəncə şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hüseynov Akif İsrəfil oğlunun həmyerlisi, 1990-cı il təvəllüdlü Kərimov Zeynalabdı Bəndər oğlunutüfənglə atəş açaraq öldürməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.Muxalifet - 13-10-2019
“Tramp ağlını itirib” - Amerika kürdləri qul bazarında satdı
İsrailin “Ynetnews.com” saytının "Barış pınarı" əməliyyatı ilə bağlı təhlil yazısında maraqlı nüanslar var. Qeyd olunur ki, ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mükafat olaraq Suriyadan öz qoşunların çıxarır. Cənab Ərdoğan anti-Amerikan, anti-İsrail və islamçı liderdir. İŞİD-lə mübarizəyə maraq göstərmir. Elə bu səbəbdən də ABŞ bölgədə kürdlərlə yaxınlaşmağa məcbur olmuşdu.
Muxalifet - 13-10-2019
Əsəddən Türkiyəyə qarşı TƏHLÜKƏLİ HƏMLƏ: 48 saat ərzində...
Suriya ordusu 48 saat ərzində Münbiç və Kobani şəhərlərinə girməyi planlaşdırır.
Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən Livanın “Al-Mayadeen” telekanalı bildirib.
Türkiyə sərhədində yerləşən bu şəhərlər əsas hissəsi PYD/YPG terror təşkilatının təşkil etdiyi “Suriya Demokratik Gücləri”nin nəzarəti altındadır. Hazırda Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu terror təşkilatına qarşı “Sülh çeşməsi” əməliyyatı həyata keçirir.Muxalifet - 13-10-2019
SON DƏQİQƏ: Türkiyəyə ŞOK: 17 hərbçi şəhid oldu, 7-si yaralandı
Ən azı 17 türk hərbçisi şənbə günü Ras al-Ayn şəhərində PKK/YPG döyüşçüləri ilə döyüşlər zamanı həlak olub. Publika.az xəbər verir ki, bu haqda RİA “Novosti” agentliyinə Türkiyənin təhlükəsizlik orqanlarındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, türk əsgərlərinin əksəriyyəti snayperlərdən tərəfindən buraxılmış güllələrdən həlak olub. Mənbə həmçinin əlavə edib ki, daha yeddi hərbçi yaralanıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında PYP/PKK/YPG terror təşkilatına qarşı “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatına başlayıb.
Muxalifet - 13-10-2019
Türkiyə ilə Ukrayna arasında diplomatik gərginlik - RUSİYA TƏXRİBATI...
Türkiyədən Rusiyaya jest.
İlk dəfə olaraq Rusiya Dövlət Dumasının Krımdan olan deputatları Türkiyədə rəsmi səviyyədə qəbul edilib. Prezident Ərdoğanın qəbul etdiyi Rusiya nümayəndə heyətinin tərkibində Krımdan seçilmiş Natalya Poklonskaya (fotoda) və Ruslan Balbek də olub.
Faktla əlaqədar Türkiyənin Kiyevdəki səfiri Ukrayna XİN-ə çağırılıb və etiraz notası təqdim edilib.
Bu addımı Türkiyənin Suriya əməliyyatlarına Rusiyanın razılığının əvəzi kimi qiymətləndirmək olar. Davamı da olacaq yəqin ki...
Şahin Cəfərli, PolitoloqMuxalifet - 13-10-2019
Qaxda avtomobil piyadanı vurdu
Qax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
Rayonun Qaxingiloy kənd sakini, 34 yaşlı Valeri Rastyaşvili minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan V.Rastyaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. //ReportMuxalifet - 13-10-2019
“Nə qədər şərəfsiz var imiş…” – Elton Azərbaycanı bu ittihamla tərk etdi – FOTO
Müğənni Elton Hüseynəliyev bundan sonra Türkiyədə yaşayacaq.
Bu barədə ifaçı İnstaqram hesabında məlumat verib. Hüseynəliyev qardaş ölkədən iş təklifi aldığını qeyd edib:
Muxalifet - 13-10-2019
Evli qadına aşiq oldu, sonu cinayət... – “Dedi ki, ərim məni bağışlayıb”
Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qadını öldürən, sonra özü də intihara cəhd edən Ağsu rayon sakini, 37 yaşlı Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bu il iyunun 7-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib.
Muxalifet - 13-10-2019
SON DƏQİQƏ: Vasim Məmmədəliyev vəfat etdi
Azərbyacanin əməkdar elm xadimi, "Şöhrə"t və "Şərəf" ordenli, akademik Vasim Məmmədəliyev vəfat edib. Bu barədə REAL xəbər verib. 1942-ci ildə Bakıda həkim ailəsində anadan olan Vasim Məmmədəliyev 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib. 1978 ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə şöhrət ordeni ilə təltif edilən elm adamı, 2007-ci ildə milli elmlər akademiyasinin akademiki seçilib. 20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir.
Muxalifet - 13-10-2019
“Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı” – Marko Rossi
“Yetmiş beş dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən, qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi”.
Muxalifet - 13-10-2019
Uşağınızda bu əlamətlər varsa... - Psixoloqun tövsiyyələri
Mutizm latınca "mutis"- "lal" sözündən götürülüb və ağır psixoloji pozuntudur.
Muxalifet - 13-10-2019
Xameneidən SEPAH-a ÇAĞIRIŞ: hərbi və kəşfiyyat sahələrində...
İranın Ali dini lideri Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) yeni silahlar hazırlamağa çağırıb.
Bu barədə dini liderin rəsmi saytında informasiya yerləşdirilib.
Xamenei SEPAH-ın müasir silahlara ehtiyacı olduğunu və onların da müstəqil şəkildə İranda istehsal edilməsi gərəkdiyini bildirib.
“SEPAH-ın bu gün hərbi və kəşfiyyat sahələrində nəyə ehtiyacı olduğunu anlamaq və bu istiqamətdə irəliləmək lazımdır”, - o qeyd edib.//axarMuxalifet - 14-10-2019
BENZİNİN QİYMƏTİ İLƏ BAĞLI AÇIQLAMA: “Stabil saxlamaq mümkünsüzdür”
SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini 24 oktyabra kimi dayandırıb. Zavodda istehsal olunan və ölkədaxili tələbata yönəldilən Aİ-92 markalı benzinin təmir müddətində tələbatdan asılı olaraq idxalına qərar verilə bilər.
Bəs yarana biləcək benzin qıtlığını aradan qaldırmaq üçün Aİ-92 markalı benzinin idxalına qərar verilməsi onun qiymətinin artmasına gətirib çıxaracaqmı?
Muxalifet - 14-10-2019