Axtarış
The search found 105706 results in 0.078 seconds.
Search results
Azərbaycanlılar bu ölkədə qeydiyyatsız qala biləcək – RAZILAŞMA
Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklərin edilməsinə dair protokol imzalayıb. Muxalifet.az xəbər verir ki, sözügedən sənəd Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının VII iclası çərçivəsində imzalanıb. Sənəd Qazaxıstan və Azərbaycan vətəndaşlarına müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddətinin 30 gündən 90 günə qədər uzadılmasını nəzərdə tutur. Həmçinin, iki ölkə vətəndaşlarının 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edir.
Muxalifet - 14-10-2019
SON DƏQİQƏ: əməliyyatların 6-cı günündə şok görüntülər yayıldı, YPG tuneldən havaya uçdu... - VİDEO / YENİLƏNİR
Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fəratın şərqini terrorçulardan təmizləmək məqsədi ilə təşkil edilən “Sülh çeşməsi” hərəkatı 6-cı günündə davam edir.
Tuneldən silah-sursatları avtomobilə yükləyən YPG terrorçuları Pilotsuz Uçuş Aparatları ilə təsbit edilib və Hərbi Hava Qüvvələri tərəfindən göyə uçurdulub.
Türkiyə Milli Müdafiə Nazirliyi olayın görüntülərini sosial media hesablarından yayımlayıb.
Muxalifet - 14-10-2019
SON DƏQİQƏ: Terror hədəfləri belə vuruldu... - Türkiyə Müdafiə Nazirliyi ŞOK GÖRÜNTÜLƏRİ PAYLAŞDI!
Raket zərbələriylə Türkiyənin yaşayış məntəqələrini hədəfə alan PKK/YPG terrorşularına daha bir ağır zərbə endirilib. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular yeni qətliamlar üçün gizli tuneldə yerləşən silah anbarından silah-sursat yükləyərkən, pilotsuz dronlar tərəfindən yerləri təsbit edilib və Türkiyə HHQ-ləri tərəfindən məhv edilib. Türkiyə Müdafiə Nazirliyi əməliyyatın şok görüntülərini paylaşıb: /> 0:39 Просмотры: 132 тыс.
Muxalifet4 - 14-10-2019
Kürdlər Rusiya və Əsədlə anlaşdı, Suriya ordusu şimala irəliləyib bir şəhəri tutdu - TÜRKİYƏ ORDUSU İLƏ TOQQUŞMA OLACAQMI...
Türkiyənin başlatdığı “Barış pınarı” əməliyyatından sonra müttəfiqləri ABŞ tərəfindən dəstəklənməyən kürd YPG/PYD qüvvələri Bəşər Əsəd rejimi ilə anlaşıb. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, anlaşma Rusiyanın vasitəçiliyi ilə bu ölkənin Suriyadakı Hmeymim aviabazasında əldə edilib.
Muxalifet - 14-10-2019
“İşləyən adamdan həmişə şikayət olur..." - İstefa verən icra başçısının müavinindən AÇIQLAMA
Xəbər verdiyimiz ki, Ağsunun yeni icra başçısı Vahid Tağıyev müavini İqbal Mikayılovu tutduğu vəzifədən azad edib.
Belə ki, İqbal Mikayılovun işdən çıxarılması oktyabrın 11-də rayon sakinləri ilə görüşdə icra başçısına daha çox ondan şikayət edilməsi olub. İqbal Mikayılov sakinlərin şikayətləri qarşısında susub. Bundan sonra icra başçısı onu işdən azad edib.
Məlumatı dəqiqləşdirmək üçün “Yeni Sabah”ın əməkdaşı İqbal Mikayılovla əlaqə saxlayıb. O, işdən çıxarıldığını təsdiqləyib.
Muxalifet4 - 14-10-2019
Putindən DƏHŞƏTLİ MÜHARİBƏ XƏBƏRDARLIĞI: Əlimizdə elə silahlar var ki...
“İkinci bir Soyuq müharibə başlasa, Rusiya buna hazırdır”.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.
Səudiyyə Ərəbistanına səfərindən öncə rus və ərəb mediasına müsahibə verən Putin dünya miqyasında genişmiqyaslı Soyuq müharibənin başlayacağını gözləmədiyini, başlayacağı təqdirdə Rusiyanın buna hazır olduğunu deyib.Muxalifet - 14-10-2019
ABŞ Aynularabdan öz hərbçilərini çıxardı – BOŞALAN ƏRAZİ TÜRKLƏRƏ TƏHVİL VERİLDİ
ABŞ ordusu Suriyanı tərk etməyə davam edir. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pentqaon Aynularabın cənubundakı müşahidə məntəqəsindən öz hərbçilərini çıxarıb. Məlumata əsaəsn, müşahidə məntəqəsini ABŞ əsgərlərinin tərk etməsindən dərhal sonra, Türkiyə ordusu əraziyə yerləşib. Muxalifet.az
Muxalifet4 - 14-10-2019
Tunisdə müstəqil namizəd dövlət başçısı seçildi
“Ərəb Baharı”nın alovlandığı ilk ölkə olan Tunisdə xalq müstəqil namizəd olan professor Qeys Səid və “Tunisin Qəlbi” Partiyasının lideri Nəbil əl-Karvi arasındakı prezident seçkilərinin ikinci mərhələsi üçün səsverməyə gedib.
Muxalifet4 - 14-10-2019
Stepanakertdə Frankofoniya mərkəzi qurulacaq
“Artsax”-Fransa əməkdaşlığı çərçivəsində Stepanakertdə Paul Elvar Frankofoniya mərkəzinin inşası ilə bağlı razılığa gəlinib. Belə ki, artıq qondarma “Artsax”ın “təhsil, elm və idman nazirliyi” ilə birlikdə memorandum imzalanıb.
Bu haqda “Fransa-Artsax” dostluğunun sədri Fransua Roşbula qondarma “Artsax parlamenti”nin sədri Aşot Ğulyan ilə görüşü zamanı bəyan edib.Muxalifet4 - 14-10-2019
“Məqsədimizə çatana qədər dayanmayacağıq” – ƏRDOĞANIN SÖZÇÜSÜNDƏN SƏRT MESAJ
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Barış Pınarı"əməliyyatına dair bəzi ölkələrin "əməliyyatı dayandırın" çağırışına cavab verib. Muxalifet.az xəbər verir ki, sözçü “Twitter” hesabından "məqsədimizə çatana qədər dayanmayacağıq" bəyanatını verib. "Mosul, Rakka, Deyrizzor yerlə bir edilərkən və minlərlə dinc sakin öldürülərkən səslərini çıxartmayanlar bu əməliyyat başlayandan panika içində "əməliyyatı dayandırın" çağırışı edir, Türkiyəni sanksiyalarla təhdid edirlər. Bilsinlər ki, məqsədimizə çatmayana qədər dayanmayacağıq” – deyə Ərdoğanın sözçüsü mesaj verib.
Muxalifet4 - 14-10-2019
"Barış Pınarı" əməliyyatında 550 terrorçu məhv edilib – SON AÇIQLAMA
Türkiyə Müdafiə Nazirliyi "Barış Pınarı" hərbi əməliyyatının gedişində 550 PKK/PYD-YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.
Muxalifet.az xəbər verir ki, nazirliyin “Twitter” hesabından edilən paylaşımda bildirilir:
"Fəratın şərqində davam edən "Barış Pınarı Hərəkatı"nda zərərsizləşdirilən PKK/PYD-YPG terrorçularının sayı 550-yə çatdı”.Muxalifet.az
Muxalifet4 - 14-10-2019
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Muxalifet - 14-10-2019
“NATO bizə cavab verə bilmir” – Türkiyə prezidenti
“Biz onlardan NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: “Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməzdən əvvəl, Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.
Muxalifet - 14-10-2019
Azərbaycanda pensiya və sosial müavinət təyinatı tam elektronlaşdırılacaq
"Bu ilin sonuna qədər 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Proaktiv xidmət odur ki, vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin daxil olmasına da ehtiyac olmur. Onun hüququ dövlət tərəfindən tanınaraq təmin olunur".
Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazirin sözlərinə görə, bu sırada həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır:
Muxalifet - 14-10-2019
Hadı Rəcəbli: "Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir"
"Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.
Muxalifet - 14-10-2019
Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və...
Bakı şəhəri, Yasamal rayonunda silahlı insident olub.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, M.Bünyadzadə küçəsində yaşayan 60 yaşlı Rifad Həsənəliyev sərxoş vəziyyətdə ictimai qaydanı pozan zaman qonşusu İsmayıl Quliyev onu intizama dəvət edib və R.Həsənəliyevi evinə aparıb.
R.Həsənəliyev isə evə çatan zaman özünə məxsus ov tüfəngini götürərək İ.Quliyevə atəş açmağa başlayıb.
Güllələrdən heç biri İ.Quliyevə dəyməyib.
Lakin binanın həyətində olan 4 avtomobilə güllələr ziyan vurub.
Muxalifet - 14-10-2019
“Bəlkə də, elə bu lazımdır” – Onlar bu cinayətlərə görə edam istəyir, bəs biz?
Rusiyanın Saratov şəhərində 9 yaşlı qız keçmişdə cinsi təcavüzə görə məhkum olmuş şəxs tərəfindən öldürülüb. Kommunist Partiyasından olan deputat Olqa Alimova da edam cəzasının Rusiyaya qaytarılması ilə bağlıçağırış edib: "Dəhşətli faciə baş verib, uşaq öldürülüb! Demokratiya və tolerantlıq öz oyununu oynadı. Ölüm cəzasını Rusiyaya qaytarmaq lazımdır!".
Muxalifet - 14-10-2019
"Neft bazarını pozmaq üçün edilən hər bir cəhdə cavab verməliyik" - Putin “əl-Ərəbiyyə”yə danışdı
Tommi Hilton “Əl-Ərəbiyyə”, 13.10.2019 Rusiya prezidenti Vladimir Putin Səudiyyə-Rusiya münasibətlərini yüksək qiymətləndirib və Bazar ertəsi günü Krallığa səfəri öncəsi “Əl Ərəbiyyə” ilə yayımlanan geniş müsahibədə “Saudi Aramco”-ya hücumları qınayıb. “Biz Səudiyyə Ərəbistanını dost dövlət hesab edirik. Həm kral Salman bin Əbdüləziz, həm də vəliəhd şahzadə Məhəmməd bin Salmanla çox yaxşı münasibətlərim var”. Putin Səudiyyə-Rusiya əlaqələrinə və ortaq iqtisadi layihələrdə irəliləyişə toxunub: “Biz praktiki olaraq bütün sahələrdə yaxşı irəliləyiş əldə etdik”.
Muxalifet - 14-10-2019
Memati möhtəşəm layihə ilə geri qayıdır - Tarixi başdan yazacaq
Əfsanəvi serial “Kurtlar Vadisi”ndə canlandırdığı Memati xarakteri ilə böyük pərəstişkar ordusu yığan Gürkan Uygunun yeni rolu müəyyənləşib. Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor “Cep Herkülü: Naim Süleymanoğlu” filmində ağır atlet Naim Süleymanoğlunun kiçik yaşda kəşf edən məşqçisi Ənvər Türkileri canlandıracaq. Aktyorun çəkildiyi film 22 Noyabrdan etibarən kinoteatrlarda nümayiş olunmağa başlayacaq. Prodüserliyini Mustafa Uslunun həyata keçirdiyi filmin rejissorluğunu Özer Feyzioğlu edir.
Muxalifet - 14-10-2019
Əlikram evində qaldığı Tanyadan DANIŞDI: “Təzə-təzə başlayırdıq” – VİDEO
ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub. İfaçı Rusiyaya ilk getdiyi zamanlarda Tanya adlı qadının evində qaldığını deyib: “Evdəkilər tez-tez soruşur ki, Nataşa necədir? Bir Nataşanı bir də Tanyanı soruşurlar. Bilmirəm niyə. İlk dəfə 1992-ci ildə konsert üçün Rusiyaya gedəndə ansamblla birgə Tanyagildə qalırdıq. Evi 3 otaqlı idi. Təzə-təzə başlayırdıq. Oteldə qalmağa pulumuz yox idi, ona görə orada qaldırdıq”.
Muxalifet - 14-10-2019