Axtarış

The search found 105712 results in 0.029 seconds.

Search results

  1. Bakıda səfirlik avtomobili qəzaya düşdü - YARALILAR VAR

    Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya düşüb. Hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb. Məlumata görə, Gülnarə Məmmədovanin idarə etdiyi "Mitsubişi" markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü BMV markalı maşınla toqquşub. Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıb.//Report

    Muxalifet - 15-10-2019

  2. UEFA Türkiyə milli komandasına qarşı intizam işi açıb – Əsgər salamına görə

    UEFA Türkiyə milli komandasına qarşı intizam işi açıb.

    “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, buna səbəb yığma oyunçularının AVRO-2020-nin seçmə mərhələsində Parisdə Fransa ilə görüşdə vurduqları qolu əsgər salamı ilə qeyd etməsidir.

    Qərar Türkiyə Futbol Federasiyasına göndərilib və məsələ ilə bağlı mövqe tələb edilib.

    Muxalifet - 15-10-2019

  3. "Əxlaqsız müğənnilər yaxşı yaşayır, çünki özlərinə həcilər, sponsorlar tapırlar" - VİDEO

    Azərbaycan müğənnilərinin 99 faizinin ondan qorxduğunu deyən Avropa prodüseri Sultan Mustafayev yenə sərt danışıb.
    Muxalifet.az
    baku.ws-ə istinadən xəbər verir ki, prodüser Elçin Əlibəylinin "El bizim, sirr bizim" proqramında Azərbaycanda müğənnilərin iki qrupa ayrıldığını söyləyib:
    "Azərbaycanda müğənnilər 2 qrupa ayrılır. Bir var sənət müğənniləri, bir də var əxlaqsız müğənnilər. Bax, o əxlaqsızlar yaxşı yaşayırlar. Çünki həmin bu əxlaqsızlar özlərinə həcilər, sponsorlar tapırlar.

    Muxalifet - 15-10-2019

  4. Həmin qırıcılar nəhayət Azərbaycana yola salınır?

    Pakistan Çinlə birlikdə istehsal etdiyi JF-17 qırıcılarını Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Pakistanın ingilisdilli “Daily Times” qəzeti yazıb.

    Muxalifet - 15-10-2019

  5. Qəbirdən səs gəldi: “Salam! Buraxın məni. Lənətə gəlsin, bura qaranlıqdır" - VİDEO

    İrlandiyadan olan Şey Bredli yaxınlarının onun ölümündən sonra kədərlənməməkləri üçün oyun qurub. Muxalifet.az "Qafqazinfo"ya istinadən bildirir ki, o, vəfatından öncə vida səs yazısını lentə alaraq qızı Andreyadan bunu o, qəbrdə olarkən qoşmasını istəyib. Və qızı atasının vəsiyyətinə əməl edib. Belə ki, Bredlinin qəbri üstündə ağlayan qohum-dostları anidən kişinin səsini eşidiblər: "Salam!". Daha sonra onun qapını döyməyi və qışqıraraq "Buraxın məni. Lənətə gəlsin, bura qaranlıqdır" deməyi eşidilib. Bununla da, onu sevənlərin göz yaşları bir anda gülüşlə əvəzlənib.

    Muxalifet - 15-10-2019

  6. “Hələ də işi məhkəmələrdə olan neçə məktəb direktoru var” – Nazir müavini

    “Bu il ərzində məktəbdə müəllimlərin bir-birindən öyrənmək imkanlarına daha çox diqqət yetirməliyik”.

    Muxalifet - 15-10-2019

  7. Uşaq bağçasından qumbara tapıldı - 110 nəfər təxliyə olundu

    Moskvanın şərqində uşaq bağçasından 110 nəfər təxliyə olunub.

    Muxalifet.az-ın məlumatına görə, bağça ərazisindən qumbaraya bənzər əşya aşkar edilib.

    Təxliyə olunanlardan 84-ü uşaq olub. Təxliyədən sonra aparılan araşdırmalar zamanı əşyanın qumbara olmadığı müəyyən edilib.

    Bir müddətdən sonra təxliyə olunanlar geri qaytarılıb.

    Muxalifet - 15-10-2019

  8. Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb. Muxalifet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

    Muxalifet - 15-10-2019

  9. ​SON DƏQİQƏ: Münbiçdə türk ordusuna DƏHŞƏTLİ HÜCUM - Şəhidlər və yaralılar var

    PYD/YPG terrorçularının Münbiçə raket və top mərmiləri ilə hücumu nəticəsində şəhid olan türk əsgərlərini sayı artıb. Muxalifet.az xəbər verir ki, yaralı əsgərlərdən biri həyatını itirib, beləliklə bu hücum nəticəsində şəhid olan əsgərlərin sayı ikiyə yüksəlib. *** 15:22 PYD/YPG terrorçularının Münbiçə raket və top mərmiləri ilə hücumu nəticəsində Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 5 əsgər yaralanıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçuların hücumu bu gün baş verib. Türkiyə ordusu cavab atəşi ilə 15 terrorçunu məhv edib.

    Muxalifet - 15-10-2019

  10. Tolikdən Araz Musayevə cavab: "Qarabağa getmək lazımdır, Suriyaya yox"

    Xəbər verdiyimiz kimi, 9 qat Dünya, 3 qat Avropa çempionu Araz Musayev 14 oktyabr 2019-cu il tarixdə Türkdilli Dövlətlərin Sammitində iştirak etmək üçün Bakıya gələn Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Araz Musayev Türkiyə Prezidentinə Türk xalqının, onun yolunda şəhid olmağa hazır olduğunu bildirib və Suriyada Türk əsgəri ilə birgə terrorçulara qarşı döyüşmək üçün razılığın verilməsi məqsədilə Türkiyə Səfirliyinə müraciət etdiyini deyib.

    Muxalifet - 15-10-2019

  11. Macarıstandan Türkiyəyə BÖYÜK DƏSTƏK: Buna hazırıq

    Əgər Türkiyə qaçqınların geri qayıda bilmələri üçün Suriyada təhlükəsizlik bölgəsi yarada biləcəksə, Macarıstan məmnuniyyətlə əməkdaşlıq etməyə hazırdır.

    Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edən Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto deyib.

    Szijjarto Suriyada qaçqın probleminin həll edilməsinin Macarıstanın maraqlarına uyğun olduğunu bildirib:

    Muxalifet - 15-10-2019

  12. Azərbaycanda DƏHŞƏT: Ər 44 yaşlı arvadına işgəncə verdi

    Qəbələ rayonunda ailə münaqişəsi qanla nəticələnib.

    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Solqıca kəndində qeydə alınıb.

    Kənd sakini, 1975-ci il təvəllüdlü Eyvazova Xalidə Süleyman qızı bədənin müxtəlif nahiyələrində qançır, yanıq və çapıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Dörd uşaq anası olan X.Eyvazovaya ailədaxili münaqişə zamanı həyat yoldaşı Dəmir Eyvazov tərəfindən işgəncə verildiyi bildirilir.

    Muxalifet - 15-10-2019

  13. "Maşın"da BÖYÜK QALMAQAL: Rəqsanənin qızı aparıcı Kəmalə haqqında ELƏ SÖZLƏR DEDİ Kİ...

    “Maşın şou” ulduzlar arasında yeni qalmaqalları gərginləşdirməyə davam edir.
    Aysun İsmayılova şounun dünənki buraxılışında aparıcı Kəmalə Piriyevanın oyunu tərk etməsinə ürəkdən sevinib. Oyunda iştirakı zamanı hədəfinin Kəmalə Piriyeva olduğunu deyən, amma səs toplamadığı üçün yarışmanı tərk edən Aysun sevincini belə ifadə edib:

    Muxalifet - 15-10-2019

  14. Sabah bu rayonlarda qaz olmayacaq

    Oktyabrın 16-da 09:00-dan Qaz İxrac İdarəsi “Sulutəpə” Qazpaylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır. Bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocasən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq. Bundan başqa, saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci sovxoz yaşayış massivində də qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

    Muxalifet - 15-10-2019

  15. PKK ABŞ səfirliyi qarşısında aksiya keçirdi: “Türkləri dayandırın!”

    Ermənistandakı PKK tərəfdarları bu ölkədəki ABŞ səfirliyi qarşısında aksiya keçirib. Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, aksiyada məqsəd Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatalrına diqqət çəkmək, bu əməliyyatların dayandırılması üçün ABŞ-ın hərəkətə keçməsinə nail olmaqdır. Aksiyada ABŞ-dan türkləri dayandırmağı tələb edən PKK-çılar, Türkiyənin hər zaman milli azlıqlara qarşı zorakılıq siyasəti yürütməsi ilə bağlı da əsassız və böhtan dolu ittihamlar səsləndirib.

    Muxalifet - 15-10-2019

  16. "İdman TV"nin şərhçisi Türkiyədə gündəm oldu - Video

    Türkiyə millisi ötən axşam "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirib. Muxalifet.az xəbər verir ki, qardaş ölkə millisi səfərdə Fransa ilə qarşılaşıb. Hamı bu oyunda meydan sahiblərinin asan qələbə qazanacağını proqnozlaşdırsa da, "ay-ulduzlular" çətin səfər oyunundan bir xalla qayıda bilib. Hesabı 76-cı dəqiqədə meydan sahiblərindən Oliver Jiru açıb. 82-ci dəqiqədə isə Türkiyə millisindən Kaan Ayhan bərabərliyi təmin edib - 1:1. Hesab bərabərləşən zaman "İdman TV"də oyunun şərh edən Ramiz Mirzəzadənin qol sevinci Türkiyə mediasının da diqqətindən yayınmayıb.

    Muxalifet - 15-10-2019

  17. BAKIDA BƏDBƏXT HADİSƏ: Dayanacaqda ağac qadının üstünə aşdı - VİDEO

    Bakıda bədbəxt hadisə baş verib. Şəhərin Elmlər akademiyası metro stansiyasının qarşısındakı avtobus dayanacağında aşan ağac bir qadının üstünə düşüb.
    BiG.AZ-ın hadisə yerində olan müxbirinin məlumatına görə hadisə nəticəsində orta yaşlı qadın xəsarət alıb.
    Ətrafdan keçən insanlar dərhal qadının köməyinə yetişiblər və əraziyə təcili tibbi yardım maşını çağırılıb. Müxbirimiz eyni zamanda qeyd edib ki, aşan ağac ərazidə tıxacın yaranmasına da səbəb olub. Hadisə yerindən fotoları təqdim edirik.

    Muxalifet - 15-10-2019

  18. Azərbaycan Rusiyaya nota verib

    Cari ilin 11 oktyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən təşkil olunan məlum tədbirdə Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi Nota göndərilib.

    Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

    Muxalifet - 15-10-2019

  19. Yol polisi qəzada öldü, sürücü bəraət aldı

    Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Albert Tahirovun bəraət hökmündən Ali Məhkəməyə müraciət edilib. 
    Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, prokuror onun barəsində olan hökmdən kassasiya protesti verib. 
    Ali Məhkəmədə kassasiya protesti hakim Fərhad Kərimovun icraatına verilib. 
    Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb. 

    Muxalifet - 15-10-2019

  20. DEPUTATIN DİREKTOR OLAN QARDAŞI QIZINDAN PREZİDENTƏ SAYQISIZLIQ – “Dedi ki, get prezidentə şikayət et, mən heç kəsdən qorxmuram”

    Kooperasiya Kollecinin ingilis dili müəllimi Birinci vitse-prezidentə müraciət etdi Bakı şəhəri, Binəqədi rayonu, ev 7b mənzil 54-də yaşayan Bakı Biznes və Kooperasiya Kollecinin ingilis dili müəllimi, 1962-ci il təvəllüd Kərimova Sevda Davud qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır: “Hörmətli Mehriban xanım! Sizdən şox xahiş edirəm, mənim şikayətimi nəzərdən kənarda qoymayın.

    Muxalifet4 - 15-10-2019

Pages