Axtarış
The search found 105716 results in 0.011 seconds.
Search results
Azərbaycan universitetləri dünya reytinqində
ABŞ-dakı Massaçusets Texnologiya İnstitutu (MİT) dünyanın ən yaxşı universitetidir. Harvard Universiteti ikinci, Kembric isə 3-cü sıradadır.
ABŞ VƏ BRİTANİYA ÖNDƏ
QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında ABŞ və Britaniya universitetləri ön sıralarda gedir.
İlk onluqda Britaniyanın 4 məktəbi var. Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5, və Oksford 6-cı sıradadır.Muxalifet - 22-09-2016
Sahibkar məhkəmədən çıxıb özünü asdı - ŞƏKİDƏ MÜƏMMALI İNTİHAR
Şəki rayonunun Baş Göynük kəndində intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Məhəmmədhəsənov Nüsrət Fikrət oğlu dünən özünü meşədə asıb.
Belə ki, N.Məhəmmədhəsənov bir müddət öncə üzərində qanunsuz silah olduğu üçün saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah daşıma) maddəsi ilə cinayət işi açılıb. Hazırda isə Şəki Şəhər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.Muxalifet - 22-09-2016
Azərbaycanlı namizədlə gürcü namizəd canlı efirdə yumruqlaşdı - VİDEO
Gürcüstan parlamentinə namizədliyini irəli sürən azərbaycanlı namizəd canlı efirdə rəqibi ilə əlbəyaxa olub.
Hurriyyet.org gürcü mediasına istinadən xəbər verir ki, hadisə namizədlərin yerli telekanalın canlı efirində yayımlanan debatında baş verib. Əlbəyaxa davaya Demokratik hərəkatın namizədi Vepxi Qurgenişvili və Sənayeçilər siyasi blokunun namizədi, Marneulidən olan Polad Xalıqov qarışıblar.Muxalifet - 22-09-2016
Saakaşvili: “Onlar istənilən halda uduzacaqlar”
"Hazırkı hakimiyyət mənim geri qayıtmağımdan qorxur".
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. O, rəsmi Tiflisin qorxduğu üçün ona cinayət işi açdığını bildirib:Muxalifet - 22-09-2016
AYRISEÇKİLİK EDƏNLƏR
Sizlərə bir etirafımı söyləyim – xaraktercə mən qaraya qara tutanam və bu məsəli söyləmiş Atalardan dönə-dönə üzr istəyərək, “...Yamanlığa yaxşılıq...” deyimi ilə razılaşmadığımı dostlarıma hər zaman açıqlamışam. Yaxşılığı onu qiymətləndirənə etmək lazımdır! – uzun illərdir ki, mənim həyat prinsipim bundan ibarət olub.
Finlərin bir gözəl məsəli var – ayıb olsun o kəsə ki, səni bir dəfə aldatdı və sənə də ayıb olsun ki, bir kəs səni iki dəfə aldatdı!Muxalifet - 24-09-2016
Klinton rəqibi Trampı qabaqlayır - SORĞU
ABŞ prezidentliyinə Demokratik Partiyasından namizədHillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 4% qabaqlayır.
“Reuters” xəbər verir ki, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 41 faizini, Tramp isə 37 faizini toplaya bilər.
Sentyabrın 16-dan 22-dək keçirilən sorğuda 1559 respondent iştirak edib. Sentyabrın 26-da prezidentliyə namizədlərin ilk teledebatları baş tutacaq.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.
Muxalifet - 24-09-2016
Türk təyyarələri İŞİD-in mövqelərinə zərbə endirib
Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.
Türkiyənin hərbi təyyarələri İŞİD-in Tall Atiyah və Əl Athariyah rayonundakı mövqelərinə zərbələr endiriblər.
Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı “Fərat Qalxanı” adlı əməliyyata başlayıb.Muxalifet - 24-09-2016
"Monarxiya yaradırıq, gedib səs verəcəyik" – REFERENDUM ÖNCƏSİ
Konstitusiyaya dəyişiliklərlə bağlı 26 sentyabrda Azərbaycanda referendum keçiriləcək. Bununla bağlı BBC Azərbaycanca paytaxt sakinlərinə iki sualla müraciət edib.
"26 sentyabr tarixində hansı hadisə baş verəcək?" və "referenduma çıxarılan əlavə və dəyişiliklərdən məlumatlıdırlarmı?" suallarına əksər müsahiblər xəbərsiz olduqlarını deyib.
Müsahiblər bunu referenduma maraqlarının olmaması ilə əlaqələndirib.Muxalifet - 24-09-2016
Hafiz Hacıyev Pənah Hüseynlə debatda: "Şəxsi marağım var ki, vitse-Prezident olum"
"Qoy bir nəfər də müxalifətdən vitse-Prezident olsun"
Muxalifet - 24-09-2016
“Elçibəy məhkəmədə mənə dedi ki, vaxt gələcək sənin də…”
“Məni əsgər ölümlərini gizlətməkdə günahlandırırlar…”
Muxalifet - 24-09-2016
Qənimət Zahid müstəqil telekanal açdı
“Azərbaycan saatı” TV proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid yeni TV kanal açır.
“Turan TV” adlanacaq yeni kanal oktyabrın 8-dən sutkada 24 saat yayımda olacaq. Bu haqda Qənimət Zahid özü məlumat yayıb. O, “Azərbaycan saatı” proqramının da yeni kanal vasitəsilə yayımlanacağını bildirib. Peyklə yayımlanacaq kanalı aşağıdakı tezliklərdə tutmaq olar.
Frekans bilgileri: Astra 5B Frekans: 11817, Pol: Dikey( Vertical), Symbol Rate: 27500, Fec: 3/44Muxalifet - 24-09-2016
Masallıda pensiyaçılar yolu bağlayıblar - YENİLƏNİB - VİDEO
Masallıda pensiyaçılar etiraz aksiyası keçiriblər. Pensiyalarını «Kapitalbank»ın bankomatlarından çəkə bilməyən sakinlər şəhərin mərkəzi yolunu bağlayıblar.
Bu haqda cənub bölgəsindən xəbərlər hazırlayan cenubnews.com xəbər verir.Muxalifet - 24-09-2016
Zərərçəkmiş şəxs həbsxanada öldü – AKİF ÇOVDAROV İŞİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri – Azər Quliyev saxlandığı cəzaçəkmə müəssisəsində ölüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb Baş İdarəsi ölümün səbəblərini APA-ya şərh edib.
İdarədən bildiriblər ki, A.Quliyev xəstəlikdən vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
A.Quliyev «Azərtikinti ATF» MMC-nin direktoru olub. O, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.Muxalifet - 24-09-2016
Bu gün Azərbaycanda referendum keçirilir
Bu gün Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilir.
Bu il iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.Muxalifet - 26-09-2016
Gəncədə oğru ev sahibini bıçaqladı
Gəncə şəhər sakini evinə daxil olan oğru tərəfindən bıçaqlanıb.
APA-nın verdiyi məlumata görə şəhər sakini, 1961-ci il təvəllüdlü Şamil Məmədov sol bud nahiyısinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdriilib.
Ona dərhal tibbi yardım göstərilib. Ş. Məmmədov tək yaşadığını və evə daxil olan oğrunu tutmağa çalışan zaman bıçaqlandığını deyib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet - 26-09-2016
“Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir”
"Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.Muxalifet - 26-09-2016
Ziyad Səmədzadədən ikibaşlı açıqlama… - MANAT DAHA 2 DƏFƏ “ÖLƏCƏK”?
“Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 mlrd. manat olacaq”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
“Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb. İnvestisiya xərclərinin bir qədər azaldılması gözlənilir, çünki azalmış gəlirlərin yerinin doldurulması lazımdır. Neftin büdcə qiyməti hər barel üçün 40 dollar olacaq”, - deyə Z.Səmədzadə qeyd edib.Muxalifet - 26-09-2016
”Qorxurdum ki, uşaqlarımı oğurlayarlar”
“Fikrətin mənimlə keçmiş davranışları buna əsas verir ki, indi mən canımla, başımla onu müdafiə edim. Müdafiə edəcəyəm. Bunlar heç cür mənim qarşımı kəsə bilməzlər. Ancaq öldürə bilərlər.”- Fikrət Fərəməzoğlunun həyat yoldaşı deyir.
Jam.az saytının redaktoru, həbsdə olan Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən hədələndiyini deyir. BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev ona susmasa, həbs və ya İrana deportasiya edəcəklərini bildirib.Muxalifet - 26-09-2016
“Rusiya hərbi cinayət törətmiş ola bilər”
Böyük Britaniyanın xarici işlər katibi Boris Johnson iddia edib ki, əgər Rusiyanın Suriyada yardım konvoyuna hücumda əli varsa, bu, “hərbi cinayət” kimi qəbul edilə bilər.
O, BBC-nin Andrew Marr Show proqramına deyib ki, Rusiya qüvvələrinin mülki insanları hədəfləyib-hədəfləmədiyi barədə sual vermək doğrudur.
Bazar ertəsi hücumu zamanı 18 yük maşını və anbara edilən hücum zamanı 20 nəfər ölüb.
Rusiya bu iddiaları rədd edərək hadisəyə görə qiyamçıları və ya ABŞ-ın pilotsuz cihazını ittiham edib.Muxalifet - 26-09-2016
Rusiya ordusu Su-24 təyyarələrindən imtina etdi
Rusiya ordusu Su-24 təyyarələrindən imtina edib.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu ilin avqustunda Rusiyada Su-24 bombardmançıların istismarına son verilib.
Rusiya ordusunda Su-24 təyyarələrinin yerini Su-30SM çoxməqsədli qırıcılar tutub.
Onu da qeyd edək ki, hələlik Rusiya Hərbi-Kosmik Qüvvələri və donanma aviasiyası Su-24M və Su24MP modifikasiyalı təyyarələrdən istifadə edir.Muxalifet - 26-09-2016