Axtarış

The search found 105716 results in 0.009 seconds.

Search results

  1. ​Rusiya: “Suriyanın dostları Əsədi devirmək istəyir”

    Son illər Suriyada vəziyyət çox da dəyişməyib.
    Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev söyləyib.
    Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət parçalanıb və Suriya məsələsinin həllində dövlətlər bir-biri ilə rəqib olublar. O, “Suriyanın dostları” adlanan qrupun, əslində, Əsəd hakimiyyətini devirməyə cəhd etdiyini bildirib.

    Muxalifet - 26-09-2016

  2. ​Saakaşvili: “İvanişvilini əzib keçəcəyəm”

    İvanişvilinin mənim Gürcüstana dönüş yolumda dayanması sürət qatarının qabağında dayanmağa bənzəyir.
    Bunu Batumidə öz tərəfdarlarına telefonla müraciəti zamanı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, tezliklə, son dörd ilin bədbəxtliyi geridə qalacaq:
    “Ölkənin yeganə inkişaf yolu oyanışdır. Bizi heç kim saxlaya bilməz. İvanişvilinin mənim yolumda dayanması sürət qatarının qabağında dayanmaq kimi bir şeydir. İstənilən halda sürət qatarı öz yolunu gedəcək, o isə əzilib relslərə yapışacaq”.

    Muxalifet - 26-09-2016

  3. ​TİFLİSDƏ “REFERENDUMA YOX!” AKSİYASI

    Bu gün, sentyabrın 26-da Gürcüstan paytaxtı Tbilisidə Azərbaycan səfirliyinin önündə aksiya keçirilib.
    Meydan TV-nin xəbərinə görə, aksiya Azərbaycanda keçirilən referendumun əleyhinə təşkil edilib.
    Aksiya iştirakçıları əllərində «Xalq kral istəmir!» şüarı yazılmış plakat tutublar.
    Bundan başqa, həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun, AXCP fəalı Murad Ədilovun və Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin şəkillərini qaldırıblar.

    Muxalifet - 26-09-2016

  4. ​Demokratiya carçıları niyə susur? – AZƏRBAYCANDA REFERENDUM GÜNÜ

    Bu gün Referendum günüdür. Əsas Qanunumuz növbəti dəfə fərdlərə və situasiyaya uyğunlaşdırılır. Hakimiyyətin niyyəti Gün kimi aydındır. Bəs nəyə görə özünü dünyada İnsan haqları və Demokratiya carçıları qiyafəsində təqdim edən ölkələr və beynəlxalq qurumlar ağızlarına su alıblar?

    Muxalifet - 26-09-2016

  5. Referendum hakimiyyətdə ciddi dəyişiklikər vəd edir

    Konstitusiya ilə yanaşı artıq siyasi reallıqlar da dəyişəcək
     

    Muxalifet - 27-09-2016

  6. Cahangir Hacıyevə 17 il həbs cəzası istənildi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cina

    Muxalifet - 27-09-2016

  7. Klinton-Tramp debatının ilk raundu bitdi: İttihamlar yağdı, ancaq "nokaut" olmadı!

    ABŞ prezident seçkilərinin ən mühüm hadisələrində biri – iki əsas namizəd arasında ilk teledebat başa çatıb. Demokratik partiyanın namizədi Hillari Klinton və Respublikaçıların namizədi Donald Tramp Hofstra universitetində üz-üzə gəlib.
    CNN telekanalının keçirdiyi və 100 milyona yaxın tamaşaçının izləyəcəyi güman edilən debat, nəticədə, namizədlərdən birinin yarışda önə keçməsinə səbəb ola bilər. Hər iki namizəd həm moderator Lester Xoltun suallarına cavab verib, həm də qarşılıqlı ittihamlarla çıxış edib.
    Müzakirə edilən mövzular bir neçə seqmentə bölünüb.

    Muxalifet - 27-09-2016

  8. Miras edilmiş Azərbaycan

    Bu yaxınlarda Azərbaycanda növbəti dəfə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. Əslində referendum o zaman keçirilməlidir ki, xalq hansısa qanunun dəyişdirilməsini istəyir. Azərbaycanda isə bu tərsinədir, dövləti idarə edənlər qanunları dəyişdirmək istəyir. Hansi ki, o qanunlar bizim harınlamış məmurlara sərf etmir. Buna görə də, qanunları özləri yazır, özlərinə sərf edəcək şəkildə də həyata keçirirlər.

    Muxalifet - 3-09-2016

  9. DEPUTAT RÜSTƏMOVU “VURDU” - “Böhranın səbəbkarı Mərkəzi Bankdır”

    "Azərbaycanda bankların lisenziyasının ləğv edilməsinin və maliyyə böhranının yaranmasının əsas səbəbkarı Mərkəzi Bankdır”.
    Modern.az xəbər verir ki, bunu deputat İlham Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Mərkəzi Bank haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunan zaman deyib.

    Muxalifet - 28-09-2016

  10. Hakimiyyətə yaxın mediadan şok iddia: "ABŞ kəşfiyyatı Azərbaycanda çevriliş edə bilər"

    Dünyanın bir çox ölkəsində hərbi çevrilişlərə cəhdin arxasında Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının dayandığı barədə KİV-də tez-tez məlumatlar yayılır. Gətirilən faktlara əsasən, demək mümkündür ki, bu işi indi daha sistemli və əhatəli formaya salmağa cəhd edilir. Lakin Türkiyə bu prosesi sanki sındırdı. Obrazlı desək, çevrilişlər zənciri qırıldı, indi də təşkilatçıların bədbinlik zamanı başlayıb. Buna baxmayaraq, MDB məkanındakı bir sıra ölkələr üçün təhlükə qalır. Faktlar göstərir ki, həmin dövlətlərdə xarici kəşfiyyat sabitliyi pozmaq istiqamətində addımlar atır.

    Muxalifet - 28-09-2016

  11. "Xalqı referenduma çağıranlar büdcəni niyə ondan gizlədirlər?"

    Gələn ilin dövlət büdcəsinin layihəsi oktyabrın 15-dək Milli Məclisə təqdim edilməlidir. Bir-iki rəsmi açıqlama nəzərə alınmasa, büdcənin əsas göstəriciləri də hələ bəlli deyil. Bütövlükdə götürəndə, dünya parlamentləri arasında ən sürətli büdcə müzakirələrinin məhz Azərbaycanda getdiyini iddia etmək olar. Büdcəni təsdiqləməyə dekabrın 20-dək zamanı olsa da, Milli Məclis müzakirələrə, adətən, 3-5 gün ayırır. Beləcə, parlamentin büdcə səlahiyyətlərinə dair Beynəlxalq Valyuta Fondunun 5 əsas meyarından biri - büdcənin parlamentdə müzakirə müddəti haqqında tələb pozulur.
     

    Muxalifet - 28-09-2016

  12. “Təyyarəni Rusiya vurub” – Hollandiyadan Moskvaya sensasion ittiham

    2014-cü ildə Ukrayna səmasında Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı bu gün rəsmi detallar açıqlanıb.
    Strateq.az TRT kanalına istinadən xəbər verir ki, Hollandiyalı istintaqçıların 2 il apardığı araşdırmanın nəticələri bu gün ictimaiyyətə bəyan edilib.
    Bildirilib ki, içərisində 176 Hollandiya vətəndaşının olduğu təyyarə Rusiyadan gətirilən və Ukrayadakı Rusiya meylli qüvvələrin ələ keçirdiyi əraziyə bir günlük yerləşdirilən raket kompleksi il lə vurulub:

    Muxalifet - 28-09-2016

  13. Oğlu qətl törədən məktəb direktoru işdən çıxarıldı

    Bakı şəhəri, Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyeva işdən çıxarılıb.
    “Report”un xəbərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
    Qeyd edək ki, R.Əliyeva 2015-ci ilin iyul ayında keçmiş arvadını öldürərək yandıran şəxsin anasıdır. Belə ki, paytaxtın Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızıdır.

    Muxalifet - 28-09-2016

  14. “Dini televiziyanın açılması mümkün deyil” - ŞEYXİN TƏKLİFİ RƏDD EDİLDİ

    Milli Televiziya və Radio Şurası Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib.
    Qurumun Aparat rəhbəri Toğrul Məmmədov “Report”a bildirib ki, bu məsələ “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.

    Muxalifet - 28-09-2016

  15. ​İkiüzlülərin hakimiyyəti

    Başınız fantastik məbləğdə “çirkli pulları” yumaq üçün ideal vasitə olan yol təmirlərindən, şəhəri gettolara bölən bərbəzəkli hasarlardan, buz meydançasını xatırladan mərmər döşəməli, çoxillik ağacı olmayan “keçəl” parklardan, Afrikadan, Amerikadan gətirilmiş bahalı lüt ağaclardan, xoş görünüşü olan, amma tez alışan bina fasadlarından hələ də ayılmayıbsa və AzTV-nin ölkə haqqında hazırladığı reportajlara az da olsa inanırsınızsa, onda bu yazını oxumayın. Analoqu olmayan inkişafdan feyziyab olmağa davam edin. Yox, əgər ayıqsınızsa, onda gəlin, davam edək.

    Muxalifet - 23-03-2016

  16. Azərbaycanda ruspərəstləin hakimiyyəti…

    Mirzə Cəlilin sözü olmasın, aləmlər qarışdı, dünya çaxnaşdı, fələklər kəlləmayallaq aşdı, ancaq biz yenə də oyanmadıq, nə baş verdiyini anlamadıq. Özlərinə “politoloq”, “bişmiş siyasətçi” deyənlərin son hadisələrlə bağlı şərhlərinə baxıram, nə gizlədim, gülünc olduqları qədər də acınacaqlıdır. Guya bizdə bir hakimiyyət varmış, bunun da Qarabağı azad eləmək planı varmış, ancaq bir də Rusiya adında bir “div” bunun yolunu kəsib Qarabağı azad eləməyə qoymurmuş.

    Muxalifet - 12-04-2016

  17. Kərəm Həsənovdan prezidentə şikayət

    Sahibkar: “FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Asiman adlı rəis müavini məndən 40.000 manat pul istədi...”

    Muxalifet - 30-09-2016

  18. Polis rəisi cinayəti ört-basdır edir...

    Natiq Heydərov: “Zərdab rayon Polis Şöbəsi qardaşımı vəhşicəsinə döyərək, öldürmək istəyən bir qrup şəxsi açıq-aşkar himayə

    Muxalifet - 30-09-2016

  19. “Azərbaycanda referendum baş tutmayıb”

    Arif Hacılı: “Müşahidəçi adı altında televiziyaya çıxarılan adamlar hakimiyyətin dostlarıdır”

    “Bu referendum yalnız Azərbaycan cəmiyyətinin yox, oliqarxların da maraqlarına qarşıdır”

    “Azərbaycan hakimiyyəti nəinki siyasi islahatlar aparmaq niyyətində deyil, əksinə hakimiyyətin bir əldə cəmləşməsi istiqamətindəki fəaliyyətini daha da gücləndirir” 

    Muxalifet - 30-09-2016

  20. Uorlik: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir”

    "Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir".
    Hurriyyet.org xəbər verir ki, bunu öz “Twitter” səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.
    “Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək”, – deyə Ceyms Uorlik bildirib.

    Muxalifet - 1-10-2016

Pages