Miras edilmiş Azərbaycan

Bu yaxınlarda Azərbaycanda növbəti dəfə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. Əslində referendum o zaman keçirilməlidir ki, xalq hansısa qanunun dəyişdirilməsini istəyir. Azərbaycanda isə bu tərsinədir, dövləti idarə edənlər qanunları dəyişdirmək istəyir. Hansi ki, o qanunlar bizim harınlamış məmurlara sərf etmir. Buna görə də, qanunları özləri yazır, özlərinə sərf edəcək şəkildə də həyata keçirirlər.
Azərbaycanda Konstitusiya üçüncü dəfədir dəyişdirilir. 2002-ci ildə dəyişdirdilər ki, İlham Əliyevi hakimiyyətə gəlməsini asanlaşdırsınlar. 2009-cu ildə dəyişdirdilər ki, İlham Əliyevin istədiyi qədər seçilməsinə imkan yaratsınlar. İndi də ona görə dəyişmək istəyirlər ki, ailə sülaləsini bərqərar etsinlər. Bəs görəsən, referendum bizə nə vəd edir?
Getdikcə yaşamağın çətinləşdiyi, çörəyin 50 qəpik olduğu, işsizlərin çoxaldığı, təhsilin belə pullu olduğu bir vaxtda referendum bizə heç nə vəd edə bilməz. Elə bir dövrdə yaşayırıq ki, əgər pulun varsa, sən və sənin sülalən yaşayacaq, yoxdursa acından öləcəksən.

İndi də deyirlər ki, uşaq bağçaya getməsə, ortda məktəbə götürülməyəcək. Məktəbli övladı olan ailənin büdcəsi uşağı pullu bagçalara qoymağa yetir, ya yetmir, kimsəni düşündürmür. Əsas odur ki, uşağı bağçaya qoymaq lazımdır. Hər hansı dövlət bağçasına gedirsənsə get, qabaqcadan 300-400 manat verməsən, uşağı bağçaya götürmürlər. “Gedib şikayət edəcəm” deyəndə də müdriyyət cabab verir ki, “get kimə istəyirsənsə şikayət et, mən bu bağçada müdir olmaq üçun on min pul vermişəm, indi də verdiyim pulu çıxartmalıyam”. Bu sözdən sonra nə dəyəsən, məcbur uşağın gələcəyi üçün gedib borc-xərc edib, pulu tapıb gətirib verirsən.
Belə bir vəziyyətdə Konstitusiyanın dəyişdirilməsi bizə heç bir xeyri yoxdur. Siz qorxun ki, ölkəmizdə durum daha da çətinləşsin.
Azərbaycanda guya söz azadlığı, demokratiya var... Əslində, bu, sadəcə sözdədir. Ölkədə vətəndaşlar səsini çıxarıb mövcud vəziyyətə etiraz etdikdə, başlarına açılmadığı oyun qalmır. Məhkəmələr haqqı deyil, zülmü müdafiə edir, arxasında adamı, pulu olanlara xidmət edirlər. Nəticədə, insanlar ədaləti Avropa məhkəmələrində axtarırlar. Biz isə ölkəmizdə belə məhkəmə sistemi istəmirik.
Bəli, Heydər Əliyev rəhmətə gedəndə bütün mirasını İlham Əliyevə qoyub getdi. Axı, o mirasın arasında Azərbaycan dövləti yoxdur. Belə olduğu halda, ölkə rəhbəri Azərbaycanı sarayı, xalqı saraydakı xidmətçilərimi hesab edir?!

Camal Dadaşova