Azərbaycanda bu işçilərin işə çıxması qadağan edildi
17-03-2020 00:03
Baxış sayı:
2158

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumlarında çalışan işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilib.
Bu barədə Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda deyilir.
Qeyd edək ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.