Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxdu – 7 NƏFƏR VƏFAT ETDİ

Baxış sayı:
1382

Azərbaycanda koronavirus infeksiyasına 412yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430nəfər vəfat edib, 6555 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6555, ötən müddət ərzində isə ümumilikdə 698 815 test aparılıb.