Azərbaycanda daha bir müxalif qəzet fəliyyətini dayandırdı

Baxış sayı:
7075

"Xalq yazarı"nın bəzi əməkdaşları barəsində cinayət işi açılıb
Azərbaycanda daha bir müxalif mövqeli qəzet fəaliyyətini dayandırdı.
Muxalifet.az xəbər verir ki, "Xalq yazarı" qəzetinin rəhbərliyi çoxsaylı təzyiqlərdən sonra mətbu orqanın fəaliyyətini dayandırmağa qərar verib.
Əməkdaşımız məsələ ilə bağlı qəzetin baş redaktoru Səbuhi Əliyevlə əlaqə saxlamağa çalışsa da, dünəndən etibarən onun mobil telefonu qapalıdır.
Adının çəkilməsini istəməyən əməkdaşlardan biri isə saytımıza açıqlamasında bildirdi ki, "Xalq yazarı"nın fəaliyyətinin dayandırılmasına səbəb kimi maliyyə problemi göstərilsə də, əslində, rəhbəlik çoxsaylı təhdidlərdən sonra belə bir qərar verməyə məcbur olub.
O ki qaldı baş redaktor Səbuhi Əliyevin dünəndən etibarən telefonunun qapalı olmasına, həmkarımız vurğuladı ki, onunla yanaşı, "Xalq yazarı"nın bəzi əməkdaşları - Zəhra Həsənova, Mirəli Muxtarov və Emil Agazadə də dünən səhər saatlarında qanunsuz olaraq saxlanılaraq, barələrində cinayət işi açılıb.
Bundan əlavə, redaksiyanın qapısının da möhürləndiyi bildirilir.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən hər hansı məlumat ala bilmədik.
Xatırladaq ki, "Xalq yazarı" qəzetinin əməkdaşları bundan öncə də dəfələrlə basqılarla üzləşib və bəzi jurnalistlər barəsində qanunsuz həbs qərarı çıxarılıb.
Mövzunu diqqətdə saxlayacağıq.
Muxalifet.az