Azərbaycanda sərləşdirilmiş karantin rejimi ləğv olunur - “...YUMŞALMALARA GEDƏCƏYİK"

Baxış sayı:
2463

Daha 369 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 27 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8037 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 6817, ötən müddət ərzində isə ümumilikdə 634 698 test aparılıb.

“Belə davam etsə, yumşalmalara gedəcəyik”

“Yoluxanların sayındakı azalma sevindiricidir”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, ümumilikdə Azərbaycan cəmiyyətinin çəkdiyi əziyyətin nəticəsidir: “Bu tendensiya davam etsə, daha çox yumşalmalara gedəcəyik. Bu gün bərbərxanalar da açılıb və mənim də simamda bunun nümunəsini görə bilərsiniz ”.
Ş. Mövsümov qeyd edib ki, tələblərə riayət olunmasa, yoluxmalar yenə artacaq və yenidən sərtləşmələrə getmək məcburiyyəti yaranacaq.
Avqustdan sərləşdirilmiş karantin rejimi ləğv olunacaq
Şahmar Mövsümov onu da bildirib ki, avqust ayından sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq. O, qeyd edib ki, insanlar işlərinə normal davam edəcəklər:
“Bu səbəbdən də, 190 manatlıq birdədəlik ödəmələrin verilməsi davam etdirilməyəcək”.

Prezidentin köməkçisi çimərliklərə bağlı məsələyə aydınlıq gətirdi
 
“Bu gün çimərliklərin açılması yüksək risk daşıyır və virusun yayılma surətini artıra bilər”.
Bu haqda açıəqlama verən Şahmar Mövsümov bildirib ki, çimərliklərin açılması son günlər əldə etdiyimiz naliyyətləri itirə bilərik: “Koronavirus bir mühribədir və biz müharibə şəraitindəyik. Biz bu gün çiməriklərin açlışına hazır deyilik. Əgər çimərlikləri açsaq biz əldə etdiyimiz naliyyətləri itirə bilərik. 1-ci risk odur ki, çimərlikdə məsafə saxlamaq çətindir. 2-ci risk odur ki, insanlar çimərliyə gəldikdə eyni yerdən yemək, su alırlar və orada da yoluxma riski artır. 3-cü risk isə odur ki, hər hansı çimərliyə yalnız bir rayondan olan insanlar gəlmirlər, bütün rayonlardan gəlirlər ki, bu da yoluxmanı bütün rayonlara yaya bilər”.
Ş.Mövsümov əlavə edib ki, çirmərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır: “Avqustun 5-ə qədər biz bunu edə bilməyəcəyik. Ancaq əgər əmin olsaq ki, biz bunu həyata keçirməyə qadirik növbətə mərhələdə bu barədə düşünüləcək”.

“Payız aylarında ikinci dalğanın olması ehtimal edilir”
 
“Bir çox ölkələrdə koronavirusun ikinci dalğası artıq başlayıb”.
Bunu isə Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, əslində, dövlət səviyyəsində görülən tədbirlər ölkəmizdə virusun ikinci dalğasının qarşısının alınması ilə bağlıdır:
“Tədbirlər görməklə biz bunun qarşısını ala bilərik. Təmizliyə və qorunmaya riayət etsək, epidemiyanın qarşısını ala bilərik. Amma əksinə olsa, bu virus daha da güclənə bilər. Payız aylarında havaların dəyişməsi ilə bağlı ikinci dalğanın olması ehtimal edilir. Bunun qarşısını almaq üçün qaydalara riayət etməliyik”.