Bakıda idman avtomobili yüksək sürətlə işıq dirəyinə çırpılıb PARÇALANDI - FOTO
3-02-2019 12:24
Baxış sayı:
1945

Bakı şəhərinin Xətai rayonunda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Nobel prospektində “Kia cerato” markalı ikiqapılı idman avtomobili yüksək sürətlə işıq dirəyinə çırpılıb.
Belə ki, gecə saat 00 radələrində yolda avtomobillərin az olduğu vaxt prospektdə yüksək sürət yığıb və idarəetməni itirməsi nəticəsində avtomobil dirəyə çırpılıb. Zərbənin gücündən maşının motoru mühərrikxanadan çıxaraq kənara düşüb.
Qəza zamanı xoşbəxtlikdən ölən və ya ağır xəsarət alan olmayıb.