“Yeni Klinika” və “Kliniki Tibbi Mərkəz”ə direktorlar təyin olundu

Baxış sayı:
79

Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olunub.

Muxalifet.az xəbər verir ki, bu vəzifəyə Musa Abbasov gətirilib.

Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.

Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

***

Yeni Klinikaya da yeni direktor təyin edilib. Bu vəzifəyə Zəhra Vəzirova gətirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb. 

Zəhra Vəzirova bu vəzifəyə kimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.

Xatırladaq ki, Yeni Klinikanın direktoru Barat Yusubov aprelin 22-si vəzifəsindən azad olunub.