“Başqırdıstanda niyə bu qədər erməni var” dedi, 3,6 il müddətinə həbs olundu – ERMƏNİLƏRİN SİFARİŞİ İLƏ HƏBSƏ ATILAN SAİTOVANIN ÜZÜCÜ HƏYAT HEKAYƏSİ

Baxış sayı:
889

Erməni dövlətçiliyi tarix boyunca daha çox müxtəlif dövlətlərin ərazisində qərar tutan lobbilərlə təmsil olunub. Yəni lobbi dövlət funksiyasını yerinə yetirib və "ərazisiz dövlət" rolu oynayıb.
Məlumdur ki, bir dövlətin təşəkkül tapması üçün ən vacib element əraziyə malik olmasıdır. Ermənilər də bir sıra dövlətlərdə lobbi təşkilatları qurmaqla, vahid mərkəzdən idarə olunmanı təmin edə bilib, yeri gələndə həmin dövlətlərin resurslarından da bəhrələniblər. Hətta kifayət qədər güclü təşkilatlanma yarada bildiklərindən, lobbi öz içində seçilən erməniləri məskunlaşdıqları dövlətin yuxarı pillələrində yerləşdirməyə nail olub.
Bu dövlətlərdən ilk sıralarda olanı da Rusiyadır. Daha dəqiq desək, Rusiyanın Krasnodar diyarıdır. Krasnodar diyarında vəziyyət o qədər irəliləyib, idarəolunmaz vəziyyətə gəlib ki, yalnız erməni muxtariyyətinin yaradılmasını de-yure elan etmək qalır, çünki praktiki olaraq Qara dəniz və ona bitişik bütün ərazilər, əslində, artıq “paytaxtı Soçi olan ikinci Ermənistandır”. Artıq ermənilər ora təkcə Ermənistanın özündən köçmürlər, Suriya və Livandan da köçürülüb məskunlaşırlar.
Yerli sakinlərin bölgənin erməniləşdirilməsinə müqavimət göstərmək cəhdlərinə təhlükəsizlik qüvvələri sərt reaksiya verir. Çünki erməni mafiyası bu torpaqlarda məskunlaşdığı kimi, Rusiyanın hüquq-mühafizə strukturlarında da oturuşub və var-gücü ilə aranı qarışdırır.
Dinamik artan erməni təsirinə qərq olmağa davam edən daha bir Rusiya regionu Başqırdıstan - Ufadır. Bu prosesdə vilayətin qubernatoru Radiy Xabirovun erməni arvadı - Karine Avetisyan Başqırdıstanda məskunlaşmağa davam edən çoxsaylı qəbilə üzvlərinin “xaç anası” hesab olunur.


Başqırdıstan hüquq müdafiəçisi Ramilya (Ramilə) Saitova erməni qanunsuzluğuna diqqət çəkməyə çalışmasının qiymətini azadlığı ilə ödəyib. Erməni mediası Saitovaya açıq-aşkar yuxarıdan sifarişlə verilən sərt hökmü həvəslə qarşılayır.
"Məhkəmənin hökmü ilə Saitova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi (İnternetdən istifadə etməklə ekstremist fəaliyyətə ictimai çağırışlar) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib", - RBK məhkəmənin mətbuat xidmətinin bəyanatına istinadən xəbər verir. Qeyd olunur ki, Saitova barəsində üç il müddətinə cəza çəkməklə bağlı məhkəmə hökmü çıxarılıb. Məhkəmə həmçinin ona iki il müddətinə internet saytlarını idarə etməyi qadağan edib. O isə günahını etiraf etməyib.
Ramilya Saitova 2020-ci ilin noyabr ayından həbsdədir. 2020-ci ilin yayında Saitova Ufa küçələrində bir qrup erməni qızla rastlaşıb. Daha sonra o, sosial şəbəkələrdə Başqırdıstanda niyə bu qədər ermənilərin olması ilə bağlı paylaşım edib...

Bundan sonra Başqırdıstanın bütün strukturlaşmış erməni diasporu ona qarşı hücuma keçib və Saitova “ekstremizm”də ittiham olunub. İndi o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu o deməkdir ki, Rusiyada erməni qanunsuzluğunun qarşısını almaq praktiki olaraq mümkün deyil. Rusiyanın ən yaxşı rayon və şəhərlərinin necə erməniləşdiyini izləməliyik. Nəzərə alsaq ki, Rusiyanın böyük hissəsi türk xalqlarına məxsus olan türk torpaqlarıdır və ermənilər də Fransa ilə əsrlər boyu əlbir olublar, belə nəticə çıxara bilərik ki, öncə türk torpaqlarının alman krallıq sülalələri tərəfindən ruslaşdırılması -slavyanlaşdırılması prosesi aparıldı və tamamlandı. Hazırda isə Turan məkanının böyük hissəsini təşkil edən Rusiyadakı torpaqların rus kamuflyajı altında erməni-fransız tandeminin fəaliyyəti ilə türksüzləşdirilməsinin son fazası gedir. Əksəriyyəti ruslaşan türklər isə faktiki heç bir təsirə malik olmayan, erməni hakimiyyəti altına düşən sakinlər-obıvatellər durumuna gətirilir.



Qafqaz.media