Belarusda ABŞ-la əməkdaşlıq istəyirlər - Səfirləri dəyişməyə hazırdırlar

Baxış sayı:
1618

Minskdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfiri Culiya Fişerin qəbul olunması barədə qərar onun respublikaya hansı əhvalla gəlmək istədiyini öyrəndikdən sonra qəbul olunacaq.

Bu barədə mayın 7-də Belarusun Xarici İşlər naziri Vladimir Makey bəyan edib.

«Biz, dəqiq səhnəni görürük ki, təyin olunmuş xanım səfir Belarusa hansı statusda gələcək. Bizim üçün səfirin aeroportda, sərhəddə qarşılanması proseduru var. Ancaq orada anlamaq lazımdır ki, o, Belarusda rəsmi strukturlarla, mülki cəmiyyətlə hansı statusda işləmək istəyir… Münasibətləri inkişaf etdirmək, yoxsa bu və ya digər səfir ölkəyə nəzarət üçün və opponentlərin sifarişi əsasında hakimiyyət orqanlarını ifşa etməyə gəlir» - nazir deyib.

Onun sözlərinə görə, baş verənləri və ABŞ-ın Belarusa yanaşması barədə vəziyyəti Minskdə dəqiq bilmək istəyirlər. Bununla bağlı Makey Fişerin bəyanatını misal gətirib və onu vəziyyətin yanlış təsəvvürünə əsaslanan təbliğat adlandırıb.

«Qoy, gəlsin və ətrafa baxsın: müəssisələrin işinə, küçələrdəki situasiyaya, bayram əhvalına» - Belarus XİN başçısı qeyd edib.

Bu zaman Makey qeyd edib ki, Belarusda normal işləmək istəyirlər, o cümlədən yeni tarixin göstərdiyi kimi.

«ABŞ-la münasibətlərin normallaşdırılmasının 2-3 ili əvvəlki sanksiya qarşıdurması dövründə olduğundan artıq bəhrə verib. Sanksiyalar bizə amerikalı həmkarlarımız tərəfindən sırınıb. Biz, bütün sfera və sahələr üzrə dialoqda maraqlıyıq» - nazir bildirib və qeyd edib ki, diplomatiya xalqların və dövlətlərin yaxınlaşmasına köklənməlidir, bölücü xəttin yaradılmasına yox…

Bundan başqa, Belarus XİN başçısı qeyd edib ki, Minsk Belarusun ABŞ-da səfiri vəzifəsinə namizədin seçilməsi ilə məşğuldur.

«Bu ölkəni tanıyan və effektiv işləməyi bacara biləcək adamı tapmaq çətindir» - nazir bildirib.