BU GECƏ TOVUZDA NİSBİ SAKİTLİK OLUB - Rəsmi açıqlama

Baxış sayı:
1063

“Bu gecə Azərbaycan və Ermənistanın Tovuz istiqamətindəki cəbhə xəttində "nisbi sakitlik olub"”.
Bunu Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
Vaqif Dərgahlı deyib ki, ara-sıra mövqelərə atəş açılır.
"Atəş var. İrimiqyaslı toqquşmalar yoxdur. Mövqelərə ara-sıra atəş açılır" - Dərgahlı deyib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi də öz Facebook səhifəsində "bütün gecə təmas xəttində nisbətən sakitliyin olduğunu" yazıb.
"Qarşı tərəf sərhədin bütün istiqamətlərində yalnız müxtəlif çaplı odlu silah tətbiq edib. Ermənistan Respublikası Silahlı Qüvvələri sərhəd boyunca vəziyyətə inamla nəzarət edir", - Ermənistan MN-nin rəsmisi öz sosial media hesabından bildirib.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan bazar günündən başlayan və davam edən döyüşlərdə "biri general-mayor olmaqla 12 hərbçisini və bir mülki şəxsi itirib".
Ermənistan indiyədək dörd hərbçisini itirdiyini bildirib.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham edirlər.
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistanı "atəşkəs rejiminə əməl etməyə", "gərginliyə son qoymağa" çağırıb./bbc