Bəyaz Hərəkatının Başqanı xaricdə yaşayan soydaşlarımıza səsləndi

"Qarabağ savaşımızı küçə döyüşləri səviyyəsinə salmaq istəyənlərə əsas vermək olmaz"
Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev Xaricdə yaşayan azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi məqsədyönlü hücumlarla bağlı soydaşlarımıza müraciət edib.
Muxalifet.az-ın məlumatına görə, H.Əliyev bildirib ki, Milli oyanışımızı böyük bir vətən davamızı və Qarabağ savaşımızı küçə döyüşləri səviyyəsinə salmaq istəyənlərə əsas vermək olmaz. Təxribatlara getməyin.
Savaşı Azərbaycanın xaricinə çəkib bütün ictimaiyyətin və dünyanın nəzərini buna cəlb etməyə çalışırlar.
Sonda da azərbaycanlıları dünyaya haqsız və mənfi imicdə təqdim etməkdir.
Xaricdə yaşayan bütün azərbaycanlılar ancaq Qarabağın azadlığı üçün hökumətdən müharibə əmri tələb etməlidir.
Bu gün bir millət olaraq hamımızın bir tələbi, sadəcə bir tələbi olmalıdır erməni işğalına qarşı savaş əmri tələb etmək.
Muxalifet.az