“Çalış, görüşdə yuxulama, məndən atəşin salam çatdır...” - TRAMPIN PUTİNLƏ GÖRÜŞ ƏRƏFƏSİNDƏ BAYDENƏ MƏSƏHƏTİ

Baxış sayı:
781

ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki prezident Cozef Baydenə rusiyalı həmkarı Vladimir Putinlə görüş ərəfəsində “bəzi məsləhətlər” verib. O, hesab edir ki, Rusiya hazırda ABŞ-a hörmət eləmir.

“Prezident qismində mənim Finlandiyanın paytaxtı Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə əla və çox məhsuldar görüşüm oldu. Görüş haqda saxta xəbərlərdə əvvəlcədən yazılanlara baxmayaraq ABŞ bu görüşdən çox şey uddu, o cümlədən prezident Putinin və Rusiyanın hörmətini qazandı”,-prezidentliyi dövründə “Putinin agenti” adını doğrultmaq üçün əlindən gələn hər şeyi etmiş Tramp bildirib.

Ağ evin keçmiş rəhbəri Baydenə prezident Putinlə görüşdə uğur arzulayıb. Və ona görüşdə yatmamağı məsləhət görüb. “Görüş vaxtı yatma və ona mənim  ən isti arzularımı çatdır”,-Tramp qeyd edib.

ABŞ-Rusiya sammiti iyunun 16-da Cenevrdədə olacaq və bu görüş ərəfəsində Bayden Putinə “Amerikanın qayıtdığı” barədə qəti mesajlar verəcəyini deyir. O cümlədən Rusiyanın aqressiv hərəkətlərinin cavabsız qalmayacağını, ABŞ-ın demokratiyanın müdafiəsinə yönəlmiş siyasətinə davam edəcəyini onun nəzərinə çatdıracağını bildirir.

“Görüşdə yatmamaq” barədə Trampın eyhamına gəldikdə isə, keçmiş prezident hələ əvvəldən Baydenə “yuxulu Co” ləqəbi qoyub. O, rəqibinin tez-tez ayaq üstə mürgülədiyini deyirdi.