Çində COVID-19-un yeni ocağı aşkarlandı
18-07-2020 19:36
Baxış sayı:
2278

Çinin Sintszyan-Uyğur Muxtar rayonu koronavirus infeksiyasının yeni ocağına çevrilib.
Bu barədə “Associated Press” Çinin Milli Səhiyyə Komitəsinə istinadən xəbər verib.
Qeyd olunub ki, 17 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Bundan əvvəl, iyunun 11-də Pekində yenidən COVID-19 virusuna daxili ötürülmə yolu ilə yoluxma qeydə alınmışdı./report