Dünya mətbuatının heyranlıqla təriflədiyi Ərdoğan: “AZƏRBAYCAN TƏK DEYİL”

Baxış sayı:
2361

Türkiyə prezidenti R.T.Ərdoğan dünən Türkiyənin Üsküdar vilayətindəki Həzrət Əli məscidində cümə namazından sonra çıxışı zamanı Ermənistanın işğaıçılıq siyasətindən danışarkən deyib: “Ermənistan işğalçıdır. Dağlıq Qarabağ işğal altındadır.Minsk qrupu 25-30 ildir ki, bu işi masa üzərində qoyub. Biz qardaş Azərbaycanı qətiyyən tək buraxmayacağıq, sona qədər dəstəkləyəcəyik. Dünən Azərbaycan heyəti ilə bizim Milli Müdafiə nazirimiz və güc strukturlarımızın rəhbərləri arasənda ətraflı danışıq aparılıb”.

BLOOMBERG”: “Ərdoğan Qərbə meydan oxuyur

ABŞ-da dərc edilən “Blumberq” (Bloomberg) jurnalının “Ərdoğan Türkiyənin regional gücə çevrilməsi üçün Qərbə meydan oxuyur” başlıqlı məqaləsində deyilir: “Ərdoğanın Ayasofyanı yenidən ibadətə açması Türkiyənin yenidən qlobal güc rolunu oynaması missiyasının tac simvolu olacaqdır”.

Ərdoğanın ölkəsini beynəlxalq nüfuzla regional bir gücə çevirdiyi bildirilərək qeyd edilib: “Liviyada Türkiyənin müdaxiləsi BMT tərəfindən tanınmış bir hökuməti xilas edib.  Avropa İttifaqı üçün Türkiyənin qaçqınların Avropaya axınının qarşısını alan bənd rolunu oynaması Şərqi Aralıq dənizindəki qaz araşdırmalarına görə ticarət sanksiyalarının tətbiq edilməsini çox riskli hala gətirib. Reallıq budur ki, söhbət Türkiyədən gedəndə Avropa İttifaqı dişsiz aslana çevrilir. Ərdoğan bunu çox gözəl başa düşüb”

“Putinlə Ərdoğan bir-birinə bənzəyirlər”

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada fəaliyyət göstərən “Avtoradio” radiosuna müsahibə verib. Rusiya prezidenti Vladimir Putinin danışıqları əsnasında problemləri konkret şəkildə ortaya qoyduğunu bildirən Peskov sözünə belə davam edib: “Putin ilə prezident Ərdoğan bu baxımdan bir-birinə bənzəyirlər. Bu səbəbdən çox çətin və qarışıq vəziyyətlərdə belə həll yolunu tapa bilirlər. Həm Putin, həm də Ərdoğan danışıqlarının məsuliyyətini alır, sürətli və qəti qərarlar verə bilirlər”./Hurriyyet.org