Ermənilər "Food City" bazarına buraxılacaq? - İDDİA

Baxış sayı:
2059

Bir neçə gün əvvəl ermənilərin Moskvadakı konsul və diaspor rəhbərinin "Food City" bazarından qovulması ölkə mətbuatında geniş işıqlandırılmışdı.

Xatırladaq ki, bir çoxları bazar rəhbərliyini milli qəhrəman statusuna qaldırmış, bəziləri isə bu hərəkətin qarşılıqlı təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Bu gün Rusiya Erməniləri Birliyinin mətbuat xidməti özünün Facebook səhifəsində yuxarıdakı hadisəyə yekun vurulduğunu bəyan edib.

Deyilənlər həqiqətdirsə, belə anlaşılır ki, bu dəfə də bizimkilərin qəhrəmanlığı “bir neçə günə” çatıb.