Gəncədə 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub - HİKMƏT HACIYEV AÇIQLADI
17-10-2020 02:41
Baxış sayı:
1320

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir", - deyə o qeyd edib.