Gəncəyə atılan SCUD/Elbrus taktiki ballistik raketlərdir - RƏSMİ / Fotolar
17-10-2020 03:23
Baxış sayı:
1427

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu zərbə təsir zonasından tapılan mərmilər sübut edir”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirir", - deyə o qeyd edib.