"Hafiz Məmmədov 14 milyon ödəyəcək”
17-01-2015 14:55

Azərbaycanlı müflis olmuş iş adamı Hafiz Məmmədov Fransanın “Lans” klubunu satmır.
Bu barədə klubun prezidenti Jerve Martel “L Equipe” qəzetinə açıqlamasında bildirib:
“Hafiz Məmmədov bu komandanın sahibidir və o, klubu satmır. Onun işləri qaydasında getmirdi və hazırda vəziyyətin düzəldiyini deyib. Məmmədov yanvarda bizə 4 milyon, fevralda isə 5 milyon avro ödəcəyək. Ümumiyyətlə, o, söz verdiyi 14 milyon avronu bizim hesabımıza köçürəcək”.