HAKİMİN MÜƏMMALI QƏRARI – Polis narkotik alverçilərini həbs edir, Nihad Mirzəyev açıb buraxır…

Baxış sayı:
7408

Ölkəmizdə narkomaniya qarşı  aparılan ciddi mübarizə ictimaiyyət tərəfindən də dəstəklənir. Çünki son vaxtlar  “ağ olüm” insanları vahiməyə salmış, hətta uşaqları da bu bəlaya düçar edirlər. Narkomaniyaya qarşı ciddi mübarizə aparıldığ bir vaxtda Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyevin 22.09. 2021-ci il  tarixli müəmmalı qərarı hər kəsi şoka salıb.

Belə ki, 2020- ci il iyunun 20-də Şəki rayonu Baş Göynük kənd sakini Həsənov Alı Yusif oğlunun yaşadığı ünvana Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı onun evinin həyətyanı sahəsindən külli miqdarda, yəni əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli 21 ədəd çətənə kolu aşkar edilmişdir. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılmışdır. Alı Həsənova  Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə ittiham elan edilmişdir. Həmin cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq, baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Alı Həsənov əvvəllər də Cinayət Məcəlləsinin 237.1 (narkotik tərkibli bitkilərin əkilib-becərilməsi), 234.1 (narkotil vasitə əldə etmə, daşıma saxlama) maddələri ilə həbs edilərək məhkum olunmuşdur. Əvvəllər bu cinayətləri törətmiş, narkomaniyanın yayılmasına bilərəkdən şərait yaratmış bir cinayətkarın Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev tərəfindən bərat verilməsi təəccüb doğurur. Hakimin bu müəmmalı qərarı yerli sakinlərin hiddətinə səbəb olub.

Müxtəlif mənbələrdən verilən məlumatlara görə hakim Nahid Mirzəyev bu hökmü çıxarmaq üçün yüksək vəzifəli şəxslərdən sifariş və külli miqdarda rüşvət alıb. Bunu azadlığa buraxılan narkomanın yaxınları da etiraf edirlər.

Tuqay ƏRSOY

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.