Əhməd Məsud, silahı yerə qoymağa hazırdı, amma... - YENİLƏNİB

Baxış sayı:
8920

Əfqanıstan müqavimətin lideri Əhməd Məsud, "Taliban" əyaləti tərk edərsə, silahı yerə qoyub danışıqlara başlamağa hazır olduğunu söyləyib.

Bu barədə "Tolo News" məlumat yayıb.

***

Əfqan jurnalisti, müqavimət ordusunun sözçüsü Fahim Daşti sosial mediada bildirib ki, min nəfərlik "Taliban" hərbi qrupu dünən Pəncşir bölgəsinin şimal-şərqində blokadaya alınıb. Bu barədə "İnterfaks" yazır.

"Gecə və bu səhər qrupun əksəriyyəti məhv edilib. Qaçanlar isə müqavimət qüvvələrinin köməyi ilə yerli əhali tərəfindən tutulub", - o qeyd edib.

Müqavimət ordusunun məlumatına görə, "Taliban" Pəncşir əleyhinə 6 istiqamətdən 20 mindən çox silahlı səfərbər edib.

Qeyd edək ki, "Taliban" Pəncşir əyalətinin demək olar ki, bütün ərazisi nəzarətinə keçirdiyini bəyan edir. Bu barədə hərəkatın Qətər siyasi ofisinin nümayəndəsi Məhəmməd Sohail Şahin məlumat verib.