"İRANA YARDIM YOLDADIR" - Trampdan üstüörtülü açıqlama
14-01-2026 00:53
Baxış sayı:
202

ABŞ prezidenti Donald Tramp İrana ünvanladığı “yardım yoldadır” bəyanatı ilə bağlı jurnalistlərin sualını cavabsız buraxıb.
Belə ki, Ağ Evdə keçirilən qısa brifinq zamanı reportyor Trampa səhər saatlarında İrana yönəlik səsləndirdiyi bu ifadənin nə məna daşıdığını soruşub.
Jurnalistin “Bu gün səhər İrana yardımın yolda olduğunu dediniz. Bununla nəyi nəzərdə tuturdunuz?” sualına Tramp olduqca qısa və müəmmalı cavab verib:
“Bağışlayın, amma bunu özünüz başa düşməli olacaqsınız”.








































