Jurnalistləri təhqir edən biznesmen oğlu azadlıqda – FOTO
27-07-2020 13:29
Baxış sayı:
3656

Xəbər verdiyimiz kimi, İsmayıl Babayev “Fairmont Baku” hotelində sərtləşdirilmiş xüsusi karantin rejimini pozduğu üçün həbs edilmişdi.
O, iyulun 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. İ.Babayev şəxsi “İnstagram” hesabında yeni şəklini “Qanuna riayət edən vətəndaş” başlığını ilə paylaşıb.
Xatırladaq ki, o, hoteldən çıxarkən jurnalistləri təhqir etmişdi. Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur./unikal.org