Koronavirusa yoluxan jurnalist vəfat etdi - FOTO

Baxış sayı:
975
İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.
Məlumata görə, o, beyin qanamasından həyatını itirib.
Faktı APA-ya TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib. 
Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu Yeni klinika”da müalicə olunurdu.