“Qəlbim Türkiyə, Pakistan, canım Azərbaycandır...” - PAKİSTANLI MÜĞƏNNİNİN KLİPİ /VİDEO

Baxış sayı:
3784

Pakistanlı müğənni Əsəd Kureyşi Azərbaycan, Türkiyə və Pakistan dostluğuna həsr edilmiş mahnı bəstələyib. Virtualaz.org TRT-yə istinadən xəbər verir ki, mahnı “Qəlbim Türkiyə, Pakistandır, canım Azərbaycandır” adlanır. Müğənni mahnıya Lahor şəhərində klip də çəkdirib, klipdə Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan baş naziri İmran Xanın görüntülərindən istifadə edib.

Mahnı türkcə və urduca olmaqla iki dildə səsləndirilib. Və sürətlə populyarlaşıb.

Pakistan Türkiyə ilə yanaşı 44 günlük Qarabağ savaşında Azərbaycana böyük siyasi-mənəvi dəstək verib, üç ölkənin dostluğu və qardaşlığı zəfərlə bitən bu savaşla daha da möhkəmlənib. Təsadüfi deyil ki, Bakıda hələ də üzərində Türkiyə və Azərbaycan bayraqları ilə yanaşı Pakistan bayrağı da yapışdırılmış avtomobillərə tez-tez rast gəlinir.