Sabiq nazir əmlaklarını satışa çıxardı – SİYAHI / FOTOLAR
18-07-2020 10:47
Baxış sayı:
2422

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycandakı mülk və torpaqlarını satışa çıxarıb.
Bu haqda məlumatı jurnalist Cavanşir Həsənli yayıb.
O, keçmiş nazirin aşağıdakı əmlakları satışa çıxardığını bildirib:
1) Giləzidə 100 hektar zeytun bağı, möhtəşəm turizm istirahət mərkəzi,
2) Xızıda Altıağacda 70 hektar meşə ərazisi, dağın üstündə onlarla kottec;
3) Quba-Qəçrəş yolunda Qərb Universitetinin adına 60 hektar torpaq sahəsi, ferma, içərsində 5 hektarı əhatə edən göl, villalar;
4) Qəbələ, Oğuz, Qax, Zaqatalada hektarlarla qoz, şabalıd, fındıq bağları;
5) Astara İstisu ərazisində möhtəşəm istirahət mərkəzi.


