Sumqayıtda partlayış: 27 yaşlı qız öldü, iki nəfər xəsarət aldı
14-01-2015 15:24

Sumqayıtda yaşayış evində dəhşətli partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb.
Yanğın zamanı ev sahibinin qızı, 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də söndürülüb.