"Ukrayna Çinin köməyi ilə Rusiyaya qalib gələ bilər" - Zelenskinin müşaviri

Baxış sayı:
4050

Əgər Qərb ölkələri Ukraynanı Minsk razılaşmasını yerinə yetirməyə məcbur etsə, o zaman Kiyev «üzünü Çinə çevirəcək» ki, o da Rusiyanın öhdəsindən gəlməkdə Ukraynaya kömək edəcək.

Bu barədə «UkrLife» kanalına (YouTube) müsahibəsində Donbass üzrə Üçtərəfli Ukrayna Təmas Qrupu nümayəndə heyətinin müşaviri, Prezident ofisinin başçısının ştatdankənar müşaviri Aleksey Arestoviç bəyan edib.

Onun sözlərinə görə, Ukrayna Donbasda tənzimləmə üzrə «Ştaynmayer formulu»nu indiki formada həyata keçirməyəcək, bu zaman Qərbin, Amerika Birləşmiş Ştatları (ABŞ) və Almaniya da daxil olmaqla, Kiyevi buna məcbur etmək mexanizmləri yoxdur.

«Bax, onlar zəng vuracaqlar və deyəcəklər: siz, pissiniz, «Ştaynmayer formulu»nu həyata keçirmirsiniz. Biz, deyirik: biz, etməyəcəyik. Və sonra nə olacaq? Və Çinə gedirik» - o, bəyan edib.

Müşavir belə bir fikir ifadə edib ki, Ukrayna «qərbli həmkarların» fikirlərini qulaqardına vurmağı özünə rəva görə bilər. O halda ki, əgər Ukrayna və ABŞ Prezidentlərinin planlanan görüşü Kiyev üçün nəticəsiz başa çatarsa, o zaman ölkədə «ayrıca həyat mərhələsi» başlanar - Şərqə tərəf dönməklə. «Çin, Yaxın Şərq ölkələri, Hindistan, mümkündür ki… Əgər Birləşmiş Ştatlar Rusiya ilə bacamaqda bizə kömək etməsə, o zaman Çin kömək edər. Ştatlardan fərqli olaraq, çinlilər zəmanət və təhlükəsizlik, dərhal investisiya, anidən və heç bir səfehlik olmadan verməkdə çəkinmirlər» - müşavir bəyan edib və belə «dönüşü» guya Moskva ilə Pekin arasında pis münasibətlə izah edib.

Arestoviç onu da qeyd edib ki, Qərb tərəfdən yalnız «çox ciddi zəmanətlər» Ukraynanı Minsk sazişini yerinə yetirməyə məcbur edə bilər.

«Bu, orada, on milyard dollar kredit və ya birbaşa kömək, bu, təhlükəsizliyə və iqtisadiyyata ciddi təsirdir, bu, ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusudur» - o, əlavə edib.

Bundan əvvəl Zelenskinin mətbuat katibi Sergey Nikiforov ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Angela Merkelin danışıqlarından sonra şikayətlənib ki, Vaşinton və Berlin tərəfindən Ukaynanın suverenliyinin dəstəklənməsi və qazın ərazidən tranziti məsələsində konkretlik yoxdur.