ZELENSKİ PUTİNƏ MÜRACİƏT ETDİ - "...Ümid edirik ki, bu, dialoqdan imtina deyil”

Baxış sayı:
1303

“Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib”.
“Reuters”in verdiyi xəbərə görə, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.
“Prezidentin ofisi Vladimir Putinlə danışıq aparmaq üçün müraciət edib. Hələ bir cavab almamışıq. Ümid edirik ki, bu, dialoqdan imtina deyil”, - deyə Y. Mendel bildirib.
O qeyd edib ki, ki, Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib.
Mətbuat katibi V. Zelenskinin Donbassda gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Parisə səfər edəcəyini vurğulayıb.