Zelenskidən erməni rejissora tutarlı cavab - “Bu gün qorxursunuz, çünki...”

Dünən, erməni əsilli kinorejissor Sarik Andreasyan Ukrayna prezidenti Vladimir Zelenskinı erməni uşaqlarının ölümündə ittiham edib.
Prezidentin ona cavabı möhtəşəm olub:
''...İlk dəfə deyil ki, bu cür yalanlarla rastlaşırıq. Əvvəlcə Ukrayna və Donbasdakı müharibə barədə yalan danışdılar. Sonra Ukrayna və Suriyadakı müharibə barədə yalan danışdılar. İndi Dağlıq Qarabağ müharibəsi kontekstindədir. Və hər şeyi eyni insanlar edir. Başa düşmürsən ki, niyə edirlər?
...Sarik, amma yenə də sənə bir sualım var. Asan sual deyil, çünki bu sual insanlıq, səmimiyyət və dəyərlər haqqındadır. Ukraynada müharibə başlayanda və bizim balalarımız öləndə haradaydınız, təcavüzə qarşı sən şəxsən nə dedin? Heç nə?
Mən başa düşürəm. Çünki bu sizin müharibəniz deyildi! Amma bu gün qorxursunuz, çünki bu müharibə evinizə gəldi. Şəxsən mənim üçün hər şey aydındır və sadədir: mən həmişə ədalətli dünyanın tərəfdarı olmuşam. Ukrayna başqa ölkədən fərqli olaraq (Rusiyanı nəzərdə tutur - red), kiməsə silah verilməsini dəstəkləmir. Çünki onun üçün müharibələr-pul və qandır. Əxlaq ikili ola bilməz...Sarik...''./Azpolitika.info