17 ölkənin prezidenti ANKARAYA GƏLİR

Baxış sayı:
4981

Bazar ertəsi günü Prezident Kompleksində keçiriləcək olan yeni sistemə keçid mərasimində iştirak etmək üçün 17 ölkə prezidenti Ankaraya gələcək.
 
Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın vəzifəyə başlama mərasimində bir çox dövlət başçısı da iştirak edəcək. Bu ana qədər dəvətə müsbət cavab verən, 17 dövlət başçısı, 8 baş nazir və məclis sədri də var.
Venesuela, Qazaxıstan, Qvineya, Somali, Zambiya, Bosniya Və Herseqovina, Bolqarıstan, Gürcüstan, Makedoniya, Pakistan, Qırğızıstan, Ukrayna ölkələrinin Prezidentlərinin Ankarada olacağı müəyyənləşib.
Çox sayda ölkədən baş nazir və məclis sədri də mərasimdə olacaq. Prezident Ərdoğan, mərasimdən sonra qonaqların şərəfinə şam yeməyi verəcək.
Müxalifət.az