23 yaşlı Qədirova deputatın evində intihar etdi - FOTO

Baxış sayı:
12775

Özbəkistan vətəndaşı Nadirə Qədirova AKP-nin İstanbul üzrə deputatı Şirin Ünalın evində özünü öldürüb.
Deputatın evində çalışan 23 yaşlı Nadirə Ünal ölümündən bir gün öncə rəfiqəsi Leylaya “Çox pis şeylər olur. Mən qardaşımın üzünə necə baxacam? Ölmək istəyirəm” deyə mesaj yazıb.
Nadirənin qardaşı Məhəmməd Əli Qədirov bacısının deputata aid tapança ilə özünü öldürdüyünü qeyd edib.
Hadisə baş verən zaman Şirin Ünal evdə olub. Millət vəkili insidentlə bağlı danışmaq istəməyib.
Faktla bağlı araşdırma aparılır.//Teleqraf