6 ölkənin aparmağı rədd etdiyi Argentinadakı ukraynalıları Türkiyə gətirdi

Baxış sayı:
1888

Türk Hava Yollarının köməyi ilə 9 Ukrayna vətəndaşı Ukraynaya qayıtmaq üçün Argentinadan Türkiyəyə gətirildi.

Ukraynanın Türkiyədəki səfiri Andrii Sybiha “Ukrayna tərəfi Argentinadakı vətəndaşlarını gətirmək üçün təyyarələrini göndərən 6 ölkə ilə əlaqə yaradaraq, Ukrayna vətəndaşlarıyla da bağlı lazımi köməkliyin göstərilməsini xahiş etdi. Təəssüf ki, xahişimiz rədd edildi. Digər 6 ölkə xahişimizi rədd etdiyi halda, bu çətin günlərdə bizə yardım əlini uzadan həqiqi strateji tərəfdaşımız olan Türkiyəyə minnətdarıq”, – deye bildirib.

Sybiha daha əvvəl də Türkiyənin dəstəyi ile çox sayda ukraynalını bir çox ölkədən Ukraynaya göndərdiklərini söyleyib.

O, qeyd edib ki, Bu günə qədər Türkiyənin dəstəyi ilə səfirlik olaraq 3 mindən çox vətəndaşlarını Ukraynaya göndəriblər: “Burada həm Türkiyədəki, həm də digər ölkələrdəki vətəndaşlarımızı nəzərdə tuturam. İstanbul bir mərkəz olaraq müəyyən edildi.”

Sybiha Türkiyə ilə Ukrayna orqanları arasındakı qarşılıqlı müsbət münasibətlərin davam edəcəyinə ümid bəslədiyini vurğulayıb.

Hurriyyet.org