82 yaşlı Fəttah Heydərovun da namizədliyi qeydə alındı
13-01-2020 17:44
Baxış sayı:
2533

Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, F.Heydərov 116 saylı Qəbələ seçki Dairəsindən namizəd olub.
Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana – 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.