88 yaşlı Fələstinli nənədən Ərdoğana mesaj

Fələstində 88 yaşlı yaşlı nənə Əminə Abdulla Darviş Kanan, prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, "Qüds sizə əmanətdir. Qüdsü azad edin" deyib.
Fələstinli yaşlı qadın mesajında, “Mən Əminə Abdulla Darviş Kanan, 88 yaşındayam. 1948-də İsrailin Fələstin torpaqlarını işğal etdikdən sonra ailəmlə qaçqın kimi kəndimizdən çıxmışıq. Atam Türk ordusunda 40 il xidmət etmişdi, Türk ordusunu ədalətli olduğu üçün çox sevirdi. Türklər ilə Fələstinlilərin qanları bir-birinə qarışıb. İngilis ordusu 1945-də şəhərimizə gəlmişdi, atam onları görəndə çox ağlamışdı. Ona soruşdum ki, niyə ağlayırsan, atam, "Qızım Türklər getdikləri üçün ağlayıram, dedi mənə" deyə, bildirib.
QÜDS SİZƏ ƏMANƏTDİR
Fələstinli qadın, Rəcəb Tayyib Ərdoğana məktubunu isə belə bitirib: "Qüds sizə əmanətdir. Onu tək qoymayın. Hamımız onu xilas etmək üçün əsgərik. Qüds Müsəlmanlara aiddir. Ərdoğan sizdən xahiş edirəm, Qüdsü azad edin" deyib.
Müxalifət.az