AB heç vaxt NATO-nu əvəz edə bilməyəcək - Stoltenberq
11-07-2018 17:50
Baxış sayı:
4468

Avropa Birliyi heç vaxt NATO-nu əvəz edə bilməz.
Muxalifet.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüssel sammitindən öncə jurnalistlərə verdiyi açıqlamada söyləyib.
O, AB-nin NATO-ya alternativ yarada bilməyəcəyini də deyib.
Qeyd edək ki, son günlər Avropada vahid AB ordusunun yaradılması məsələsi gündəmə gəlib. Bu istiqamətdə aktivlik ABŞ-ın yeni ticarət rüsumlarından sonra yaranıb.